Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:44

'Maşını satmaq istəyirəm, qazanc gətirmir'


Vidadi Abbasov
Vidadi Abbasov

Azərbaycanın cənub rayonlarında üstündə “satılır” sözü yazılmış işlənmiş yük maşınlarına bir çox yerlərdə rast gəlmək mümkündür. Ömrünün yarıdan çoxunu sükan arxasında keçirdən Vidadi Abbasov bunu təsadüfi saymır:

“Yük maşınlarını satanlar cənub bölgəsində daha çoxdurlar. 50 ilə yaxındır sürücü işləyirəm. Bu peşəni sevmişəm. İndi yox. Bizə haqsızlıq çoxdur. Mən də maşınımı satmaq istəyirəm. Qazanc gətirmir. Bu maşınların qiyməti 14-15 min manatdır, 6-7 min manata satırıq.”

“MAŞINLARIMIZ KÖHNƏDİR, ...”

O, vəziyyəti belə izah edir:

“Maşınlarımız köhnədir, rəqabətdə uduzuruq. Şəxsi “Kamaz” markalı maşınım var, 1983-cu ildə buraxılıb. Təmiri çox pul götürür. Dirsəkli valı dəyişmək üçün 1250 manat xərc çəkdim. Yanacaq da çox yandırır. Bir dəfə yük aparanda 100-200 litir yanacaq gedir. İran sərhəddindən yükü Bakıya aparmaq üçün 100 litrdən çox yanacaq yandırır. Bu keyfiyyətlərə görə, yük sahibləri bizdən qaçırlar. Yükü xarici maşınlara verirlər. Halbuki, hökumət bizə uzun müddətli, aşağı faizli kredit ayırsa, bu problem həll oluna bilər. Özümüz çörəksiz qalırıq. Sürücülərin hər birinin ailəsi var. Hazırda 9 baş ailə saxalyıram. Ailədə yeganə işləyən mənəm. Hamımız maşına baxırıq. Söz yox ki, dövlət mənə pensiya verir. Amma o pensiya nəyə çatır?”

“KÖHNƏ MAŞINLAR XƏRC ÇOX İSTƏYİR”

"Kamaz" sürücüləri
"Kamaz" sürücüləri

Onun sözlərinə görə, yük maşınlarına çəkilən xərclər çoxdur:

“İrana daxil olanda məcburi sığorta ödəyirik, 245 min tümən, 50 dollara yaxın pul edir. İran gömrüyündə günlərlə yük gözləməli oluruq. Gömrüyün həyətində qaldığımız üçün günə 2 manat 70 qəpik ödəyirik. Dünyanın heç bir yerində belə qayda yoxdur. İran gömrüyündə bizi çox incidirlər. Hazırda yük vurmuşam, İran İslam Respublikasına. İrana daxil olanada torpaq basdı verirk. Sahibkar məndən tələb edir ki, 28 ton yükü İrana 200 dollara aparım. Deyirəm ki, bu mənim ziyanımadır. Heç olmasa 300 dollar verin. Maşınlar həftələrlə, aylarla yükün altında qalır. Maşın sıradan çıxır. Yük sahibləri sonda da deyirlər ki, maşını təmir etmək öhdəliyi götürməmişik...”

​Onun fikrincə, sığorta haqqı və digər ödəmələrin məbləği azaldılmalıdır ki, sürücülər normal yaşaya bilsinlər:

“Texniki baxış 25-30 manatdır. Sığorta haqqı gəlib çxır 200 manata. Vergi, sosial. Xərc çoxdur. Təkərin qiyməti artır. Təkəri nisyə götürürük, pulunu 3-4 aya ödəyirirk. Təxminən haradsa hər rayonda 400 yük maşını sürən sürücü var. Ailələrini də nəzərdə tutsan 3-4 min nəfər edir. Xaricə, Avropa ölkələrinə işləyən, daş karxanalarından daş daşıyanlar var. Siz yollarda gecə-gündüz işləyən yük maşınlarını görürsünüz. İnanın ki, bəzən aylarla evdə olmuram. Ağır işdir, ancaq dəyər vermirlər.”

“İRANA ÇƏKİLƏN DƏMİR YOLU QAZANCIMIZI AZALDIB”

Azərbaycandan İrana gedən qatar
Azərbaycandan İrana gedən qatar

​Onun fikrincə, İrana çəkilən dəmir yolu da onların qazancını azaldıb:

“Rusiyadan gələn yükləri Astara dəmir yol satansiyasında boşaldıb bizim maşınlara yüklyərdilər.Yük var idi. Rahat idi. İndi yük üçün yalvarırıq, yalvranda da yükün pulunu kəsirlər. Qəpık-quruşa işləyirik. İrana çəkilən dəmir yolu qazancımızı azaldıb.Yük maşını sürən sürücülərin vəziyyəti günü gündən pisləşir. Ona görə maşınlarını dəyər dəyməzə satırlar. Deyirlər ki, filankəsin şəxsi yük maşını var. Elə bilirlər ki, qaz vurub qazan doldururuq. 50 ilin sürücüsüyəm, qara gün üçün bir manatım yoxdur. Əsas səbəb yükün olmamasıdır. Hökumt bu barədə fikirləşməlidir. İş yerləridir, bağlanır. Həm də biz vergi ödəyirik, sosial veirirk. 68 yaşım var dövlətə indi də xeyir verirəm. Məgər bu pisdir? Sovet dövründə qayğı var idi...”

“HÖKUMƏT PROBLEMLƏRİ HƏLL ETMƏLİDİR”

Azərbaycan yollarında İrana məxsus yük maşınları
Azərbaycan yollarında İrana məxsus yük maşınları

​O, gömrükdə üzləşdiyi problemlərdən də danışır:

“Düzdür, son zamanlar Azərbaycanın gömrük postlarında neqativ halların sayı azalıb. Əlavə pul almırlar. Rüsumları ödəyirik. Əvvəl belə deyildi. Narazılıq çox idi. Amma qonşu İran gömrüyündə bizi incidirlər. Gömrükdən İran ərazisinə keçmək üçün biz pul ödəyirik, Rusiya sürücüləri isə yox. Rusiydan gələn yük maşınlarını İranda yaxşı qarşılayıralar. Onlar yük vururlar, İrandan Moskvaya 3-4 min dollara. Bizə çatanda qiymətləri yarıbayarı azaldırlar. Hökumət problemlərimizi həll etməlidir.”

Sürcülərin İran gömrüyündən şikayətlərinə, hələlik, bu ölkənin və Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG