Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Maşında virusdan necə yayınmalı 


Avtomobil, arxiv foto
Avtomobil, arxiv foto

Alimlər müəyyən ediblər ki, aşağı sürətli maşında dörd pəncərəni açmaqla virusa yoluxmanın qarşısını almaq olar.

Bundan başqa, bir maşında yalnız iki adamın olması daha məqsədəuyğundur.

Araşdırma onu da üzə çıxarıb ki, maşının şüşələrini müntəzəm olaraq 10 saniyəliyinə açmaq Covid-19 hissəciklərinin yaranmasını 97% azalda bilər.

Saatda 48 kilometr

BBC yazır ki, Britaniyanın Svanzi Universitetinin alimləri hərəkətdə olan maşının içərisində və çölündəki hava təzyiqi arasındakı fərqin virusu maşından çölə çıxardığını aşkar ediblər. Onlar bu nəticəyə gəliblər ki, bu zaman maşını saatda 48 kilometr sürətlə sürmək daha optimaldır. Daha sürətli yollarda isə iki diaqonal pəncərəni açmaq daha çox işə yaraya bilər.

“Covid-19-un havadan yoluxması iki yolla baş verə bilər: xəstə öskürən zaman havaya yayılan iri maye damcıları, yaxud nəfəs alan zaman kiçik aerozol damcıları ilə”, – BBC-nin yazısında deyilir.

İri damcılar ağır olduğundan bir neçə saniyə içində yerə və ya hansısa əşyanın üzərinə düşür. Aerozol damcıları isə buxarlanır və bu zaman virus bir saata qədər havada dövr edə bilir.

Tədqiqat layihəsinin rəhbəri professor Çenfenq Li deyir ki, yuxarıda təsvir olunan üsul məhz bu aerozol effektinin qarşısını almaq üçündür.

Tunel effekti

"Sürət aşağı olanda, təzyiqlər arasındakı fərq qat-qat daha az olur. Buna görə də maşının içərisindəki hava çox həyəcanlanmış olur. Üstəlik, maşını şəhər yerində sürəndə tez-tez dayanmaq və istiqaməti dəyişmək lazım gəlir. Bu isə vəziyyəti daha da ağırlaşdırır. Bu şəraitdə bütün mümkün pəncərələri açmaqla maksimum ventilyasiya yaratmalısınız”, – professor deyir.

Ancaq tədqiqat komandasının kompüter modelləri və külək tuneli testi bunun sürətli magistral yolda belə olmadığını aşkarlayanda hətta professor Linin özü də bir az təəccüblənib: "Biz aşkar etdik ki, yüksək sürət zamanı havanın təzyiqləri arasındakı fərq artırılanda diaqonal pəncərələrin açılması çox güclü …tunel effekti yaradır. Bu isə hissəciklərin çıxarılması üçün hətta dörd pəncərənin açılmasından da səmərəlidir.

Proses o qədər effektlidir ki, bunu hər dəfə 5-10 dəqiqədən bir, yaxud kimsə öskürüb-asqıranda 10 saniyəliyinə etmək kifayətdir”.

Ön oturacaqda oturmaq

Professor Li deyir ki, pəncərələri davamlı açıq saxlamaq da zərərli ola bilər. Bu zaman havadakı tüstü və kir maşına daxil olub koviddən daha ciddi risklər yarada bilər.

Bundan başqa, eyni araşdırma nəticəsində məlum olub ki, ön oturacaqda oturmaq arxada oturmaqdan qat-qat daha təhlükəsizdir. Bu isə maşının içərisindəki hava axınının əsas istiqaməti ilə bağlıdır. Professor Li arxada oturan sərnişinin pəncərənin açıq olduğu tərəfin əks istiqamətində oturmasını tövsiyə edir. Onun sözlərinə görə, bu tövsiyə əsasən taksi və paylaşılan maşınlar üçündür. Çünki ailə içində insanlar onsuz da maşın olmadan da virusu bir-birinə ötürürlər.

Arakəsmənin faydası varmı

Uels hökumətinin Covid-19 üzrə Texniki məşvərət qrupunun sifarişi ilə aparılan tədqiqat çərçivəsində professor Lidən ön və arxa oturacaqlar arasında yerləşdirilmiş xüsusi arakəsmənin işə yarayıb-yaramadığını araşdırmaq da xahiş olunub. Professor belə arakəsmələrin xeyirdən çox ziyan verə biləcəyini aşkar edib.

"Arakəsmə iri damcıların qonması üçün əlavə səth yaratmaqla yanaşı, həm də maşının içərisindəki hava axınına mane olur. Bu, sürücü üçün təhlükəsiz olsa da, arxa oturacaqda oturan sərnişinlər üçün virusun hava axını ilə çıxıb getməsi çox çətin olan bir məkan yaradır”, – o deyir. Bununla yanaşı, professor Li ümumi maşında gedərkən maska taxmağın ən yaxşı yol olduğunu da vurğulayıb.

O müəyyən edib ki, maska taxmaq virusun kənara yayılmasını 90%, sərnişinlərin o virusu qəbul etməsini isə 70%-dək azaldır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG