Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 05:50

'Biz tərəfdə bir Şəmi var...'


Yol polisi xidmət zamanı

“Biz tərəfdə bir Şəmi var, yol polisidir. Sürücülərə qan uddurur. Tutduğunu yerli-yersiz cərimələyir, təhqir edir, hətta təpik atır. Adama ‘gözün üstə qaşın var’ deyən yoxdur”.

“YANINA UŞAQ ÇAĞIRIRMIŞ KİMİ...”

Yol polisindən şikayətçi düşən Masallı sakini Rüstəm Qasımovdur. O, yol polis müfəttişi tərəfindən döyüldüyünü iddia edir.

Rüstəm Qasımovun sözlərinə görə,Masallı rayonunun mərkəzində idarə etdiyi maşını yol polisləri saxlayıb. Deyir, Masallı rayon Dövlət Yol Polisi Bölməsinin baş inspektoru Şəmşir Kərimov ondan maşından düşməyi və onun maşınına yaxınlaşmağı tələb edib. Sürücü isə tələbi yerinə yetirməyib:

“Qanunla yol polisi özü sürücünün idarə etdiyi maşına yaxınlaşmalı, özünü təqdim etməlidir. Şəmşir Kərimovsa sanki yanına uşaq çağırırmış kimi, maşından düşməyimi, ona yaxınlaşmağımı tələb etdi. Mən də tərpənmədim. Nəhayət, özü yaxınlaşdı, ona qanunu xatırlatdım. Qışqırdı ki, ‘düş aşağı’. Mən də sakitcə soruşdum, səbəb? Lap acığa düşdü, yanındakı yol polisinə tapşırdı ki, ‘bunun sənədlərini al əlindən’”.

Buna da bax: Yol polisi ilə dil tapmağın 15 qanuni yolu [İnfoqrafika]

“SANKİ VƏTƏNDAŞDAN ÖC ALIRLAR”

Infographika, polis və sürücüyə nəyi etmək olar, nəyi olmaz,10 yanvar 2014
Infographika, polis və sürücüyə nəyi etmək olar, nəyi olmaz,10 yanvar 2014

Şikayətçinin sözlərinə görə, Şəmşir Kərimov və yanındakı polis onu sürüyüb maşından aşağı salıblar. Polislərə bu yaxınlarda ağır cərrahiyə əməliyyatı keçirdiyini desə də, məhəl qoymayıblar:

“İkinci qrup əliləm. Belimdən əməliyyat keçirmişəm, 6 implant, 23 tikiş qoyulub. Bunları polislərə desəm də, sağlamlığımı təhlükəyə atıb məni fiziki zor tətbiq edərək başqa maşına mindirdilər və şöbəyə apardılar. Halbuki, Şəmşir Kərimov məni maşının şüşəsində pərdə olduğuna görə saxlamışdı. Və buna görə məni şöbəyə aparmağa ehtiyac yox idi. Yerindəcə protokol yazıla bilərdi, gedib cəriməsi nədir, ödəyərdim. Buna görə vəziyyəti gərginləşdirməyə, vətəndaşa zor tətbiq etməyə, söhbəti böyütməyə ehtiyac yox idi. Ancaq bizim polislər əllərinə keçən ilk fürsətdə vətəndaşı incidirlər, sanki vətəndaşdan öc alırlar”.

Buna da bax: Polis rüşvət istədi [gizli kamera]

AYAĞINDAKI SIYRIQLARI TƏSDİQLƏDİB

Rüstəm Qasımovun sözlərinə görə, hadisə baş verərkən təsadüfən oradan maşınla keçən yaxın qohumu onu yol polislərinin əlindən almağa çalışıb. Ancaq yol polisləri qohumu da cərimələyiblər.

Azərbaycanda xəstəxana, 2013
Azərbaycanda xəstəxana, 2013

Rüstəm Qasımov şöbədən buraxılandan sonra səhhətinin pisləşməsinə və yol polislərinin bədənində qoyduğu izlərə görə Masallı rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ayağındakı sıyrıqları təsdiqlədib.

Masallı rayon polis şöbəsinin yol polisi bölməsindən "Qaynar xətt"ə məsələ münasibət bildirilməyib. Baş Dövlət Yol Polis İdarəsindən isə "Qaynar xətt"ə bildirilib ki, Rüstəm Qasımovla yol polisi arasında baş verənlərdən xəbər saytlarından məlumatlıdılar. Məsələ araşdırılır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG