Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:32

Maşallah Əhmədovun yenidən həbsi tələb olunur


Maşallah Əhmədov və vəkili Günay Hacıyeva
Maşallah Əhmədov və vəkili Günay Hacıyeva

Oktyabrın 7-də həbsdən buraxılan veteran futbolçu Maşallah Əhmədovun keçmiş iş ortağı Yusif Əzizov onun cəzasının yüngülləşdirilməsi haqda qərardan narazıdır. Əhmədovun cinayət işində zərərçəkmiş olan Əzizov onun cəzasının ağırlaşdırılması üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. Futbolçu haqqında şikayətə baxılacağı gün hələlik bəlli olmasa da, bu işin araşdırılması Ali Məhkəmənin hakimi İmran Hacıqayıbova həvalə olunub.

M.Əhmədov bir necə nəfərin pulunu alıb qaytarmamağa görə dələduzluqda suçlanaraq həbs olunmuşdu. Zərərçəkmişlərdən biri də İrandan mərmər və daş plitələr gətirib Bakıda satışı biznesində futbolçunun şəriki olan Y.Əzizov idi.

***Buna da bax-Maşallah Əhmədovu həbsxanaya göndərən məzar daşları

Əhmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində və ardınca da apellyasiya məhkəməsində baxılarkən o, zərərçəkmişlərlə razılığa gəldi, onların pullarını qaytardı, təkcə Y.Əzizovdan başqa. Bu zərərçəkmiş M.Əhmədovdan 128 min manat tələb edirdi. Deyir ki, tələb etdiyi məbləğin 15 min manatını Əhmədova oğlunu işə düzəltmək üçün verib. Zərərçəkmişin sözlərinə görə, futbolçu ona söz veribmiş ki, oğlunu SOCAR-a işə düzəldəcək. Hətta bu məqsədlə onun oğlu ilə birlikdə SOCAR-ın binasına da gedib, oğlunu dəhlizdə gözlədib, özü isə şirkətin vitse-prezidenti Xoşbəxt Yusifzadənin otağına daxil olub.

Buna da bax - 'Maşallah Əhmədov pulumu alıb İrana qaçdı'

M.Əhmədov 2015-ci il dekabrın 14-də həbs olunsa da, bir müddət sonra ev dustaqlığına buraxılıb. İstintaq və birinci instansiya məhkəməsində işinə baxılarkən azadlıqda olub. 2017-ci il yanvarın 30-da isə ona 8 il azadlıqdan məhrum edilməsi haqda hökm oxunub və məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi cəzanın müddətini 2 ilə endirib. İki həftə öncə isə cəzasının bir hissəsini çəkməsi əsası ilə azadlığa buraxılıb.

Zərərçəkmiş Y.Əzizov nəinki M.Əhmədovun azadlığa çıxmasından, hətta cəzasının iki ilə endirilməsindən də narazıdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG