Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

İranlı televiziya aparıcısı ABŞ-da sərbəst buraxılıb


Marzieh Hashemi
Marzieh Hashemi

ABŞ-da adı çəkilməyən məhkəmə araşdırması üzrə “mühüm məlumatlı şahid” kimi saxlanmış iranlı televiziya aparıcısı Marzieh Hashemi sərbəst buraxılıb.

Amerika-Ərəb Antidiskriminasiya Komitəsindən Abed Ayoub yanvarın 23-də bildirib ki, Vaşinqtona bir həftə bundan əvvəl gətirilmiş Hashemi azad edilib.

ABŞ rəsmiləri hələlik bu xəbəri təsdiqləməyiblər.

Onun yanvarın 13-də saxlanması beynəlxalq jurnalist təşkilatlarının narahatlığına səbəb olmuş və rəsmi Tehranı hiddətləndirmişdi. İran jurnalistin qanunsuz saxlandığını bildirirdi və onun dərhal azad olunmasını tələb edirdi.

İran yanvarın 22-də İsveçrənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə dəvət etmiş və 59 yaşlı ABŞ doğumlu İran vətəndaşının saxlanma səbəbləri barədə izahat istəmişdi. İsveçrə səfirliyi İranda həm də ABŞ-ın maraqlarını təmsil edir.

Marzieh Hashemi-nin azad olunmasını tələb edən etirazçılar Tehrandakı İsveçrə səfirliyinin qarşısında
Marzieh Hashemi-nin azad olunmasını tələb edən etirazçılar Tehrandakı İsveçrə səfirliyinin qarşısında

İran XİN-in sözçüsü Bahram Qasemi demişdi ki, Tehran İranın ingilisdilli Press TV xəbər kanalının əməkdaşı Hashemi-nin dərhal azad edilməsini tələb edib.

Hashemi-nin oğlu bildirmişdi ki, jurnalist yanvarın 13-də Missuri ştatının Sent Luis şəhərində federal xəfiyyələr tərəfindən saxlanıb. O burada “Qaradərililərin Həyatı Vacibdir” adlı sənədli film çəkmişdi. Qaradərililərin Həyatı Vacibdir hərəkatı qaradərili amerikalıların hüquqları uğrunda mübarizə aparır.

Televiziya aparıcısı daha sonra Vaşinqtona transfer edilmişdi.

Yanvarın 18-də açıqlanmış məhkəmə sənədlərindən görünürdü ki, Hashemi yalnız “mühüm məlumatlı şahid” qismində saxlanıb və ona qarşı heç bir cinayət ittihamı irəli sürülməyib.

Rəsmilər bildirirdilər ki, o məhkəmədə ifadə verdikdən dərhal sonra azad olunacaq.

Yanvarın 21-də Sərhədsiz Müxbirlər təşkilatı Hashemi-nin saxlanması ətrafındakı məxfiliyi pisləşmişdi.

Əvvəllər Melanie Franklin kimi tanınan Hashemi Nyu Orleanda doğulub və İran vətəndaşına ərə getdikdən sonra Tehrana köçüb. O ildə bir dəfə ABŞ-a səfər edir.

XS
SM
MD
LG