Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:06

Moskva Brüssel görüşlərindən 'narahatlıq' bildirir


Mariya Zaxarova
Mariya Zaxarova

Mariya Zaxarova: "Ümid edirik ki, Brüssel geosiyasi oyunlar oynamağa çalışmayacaq

Rusiya sərhədlərin delimitasiya və demarkasiyası prosesində Ermənistana və Azərbaycana kömək etməyə hazırdır.

Bunu mayın 25-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı bildirib:

“Biz dəfələrlə demişik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işinə məsləhətçi dəstək verə bilərik”.

Zaxarova vurğulayıb ki, Rusiya “delimitasiya və keçmiş sovet məkanında sərhəd mübahisələrinin tənzimlənməsində unikal ekspert potensialına” malikdir.

Rusiya XİN-in nümayəndəsi xatırladıb ki, bu iş üçün Moskvanın ixtiyarında zəruri kartoqrafik materiallar var.

Zaxarova söhbətin hansı kartoqrafik materiallardan və ya xəritələrdən getdiyini açıqlamayıb.

O əlavə edib ki, “konsultativ dəstəyin göstərilməsi üçün Rusiya ekspertlərindən ibarət komanda artıq hazırdır”.

Brüssel “geosiyası oyun” oynamasa

Mariya Zaxarova brifinq zamanı Avropa İttifaqı Şurasının bu istiqamətdəki fəaliyyətinə də toxunub və buna kifayət qədər əsəbi reaksiya verib:

“Bəli, biz Avropa İttifaqının yüksək səviyyədə qəbul edilmiş üçtərəfli bəyanatların (Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatları-red) həyata keçirilməsi prosesinə inadla girişmək səylərini görürük. Ümid edirik ki, Brüssel bu bəyanatların icrasına kömək edəcək, daha geosiyasi oyunlar oynamağa çalışmayacaq”.

Azərbaycan və Ermənistan arasında delimitasiya və sərhədin təhlükəsizliyi komissiyasına dair razılaşma Brüsseldə Avropa İttifaqının vasitəçilyi ilə əldə edilib.

Sərhəd komissiyalarının ilk görüşü iki ölkə baş nazirləri müavinlərinin başçılığı ilə mayın 24-də Azərbaycan-Ermənistan sərhədində keçirilib.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko mayın 25-də deyib ki, komissiyaların ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.

Xatırlatma

Mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla görüşmüşdü.

Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəlmişdilər.

Həmin görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər.

Elə həmin gün prezident Əliyev türkiyəli həmkarı Recep Tayyib Erdoğana telefon söhbətində deyib ki, Brüssel görüşündə “Zəngəzur dəhlizinin (Ermənistanın Sünik bölgəsindən keçməsinin nəzərdə tutulduğu bildirilir) açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflər razılığa gəliblər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG