Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:04

Ukrayna hakimiyyəti: separatçılar hərbçilərə hücum edir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir

Donbassda separatçılar ukraynalı hərbçilərə hücumları davam etdirir. Bu barədə Ukrayna Xarici İşlər və Müdafiə Nazirliklərinin birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, prezident Petro Poroshenkonun göstərişi ilə iyunun 20-dən 27-dək Ukrayna silahlı qüvvələri, Milli Qvardiyası, sərhədçilər və Daxili İşlər Nazirliyinin bölmələri atəşi birtərəfli qaydada dayandırıb.

Ancaq məlumatda iyunun 22-nə keçən gecə qanunsuz silahlı birləşmələr Donetskdə hərbçilərin mövqeyini 11 dəfə atəşə tutulduğu bildirilib.


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

16:39 14.6.2014

POROSHENKONUN 1-Cİ HƏFTƏSİ



Ukrayna prezidenti Petro Poroshenko səlahiyyətlərinin icrasına həftə ərzində Donbassda sülh yaradacığı vədi ilə başladı. Onun ilk sərəncamlarından biri Donbassı tərk edən dinc əhaliyə yardım şəbəkəsinin yaradılması oldu. Paralel olaraq artıq 3-cü aydır davam edən antiterror əməliyyatları gücləndirildi. Hökumət qoşunları bir sıra uğurlar əldə edəndən sonra separatçı liderlərdən danışıqlara hazır olduqları haqda xəbərlər yayıldı. Mariupol yaraqlılardan təmizlənəndən sonra Ukrayna ordusu Rusiya ilə sərhəddin nəzarətə götürülməsi istiqamətində əməliyyatlara başladığını elan etdi.

Rusiya ilə sərhəddən Donbass yaraqlılarına daim silah, sursat və canlı qüvvə yardımı daxil olur. Rəsmi Moskva separatçılara hər hansı aidiyyatını qəti şəkildə inkar etsə də, Rusiyameylli qüvvələrin sırasında döyüşən Kuban və Don kazakları, Çeçen yaraqlıları və Rusiya vətəndaşları olan peşəkar hərbçilərin sayı durmadan artır. Rusiya sərhəddinən Ukraynaya artıq ağır tankların da keçdiyi haqda videolar yayılıb.

Rusiya TV kanallarının münaqişədəki rolu isə istənilən ordudan da səmərəlidir. Ukrayna hakimyyətini “faşist” və “xunta”, antiterror əməliyyatlarını “rusların soyqırımı”, yaraqlı separatçıları “qəhrəman” adlandırmaqla Rusiya mediası yerli əhali arasında mərkəzi hakimyyətə dözümsülük və vətəndaş itaətsizliyi ovqatı yaradaraq münaqişənin dinc həlli yoluna zərbələr vurur.

Rusiya ilə sərhəddin bağlanması Ukrayna üçün strateji əhmiyyət kəsb edirdi. Xüsuilə Luqansk vilayətinin ərazisində dövlət sərhəddi tamamilə Ukraynanın nəzarətindən çıxmışdı. Buna görə də sərhəddin ordu hesabına gücləndiriləmsi planları separatçı dəstələrin tərksilah edilmsəinin uğurunu təmin edə bilərdi.

Lakin hər şey əksinə baş verdi, Rusiyameyli yaraqlıların kömək yollarının bağlanması əvəzinə, Ukrayna ordusnun təhcizatının iflic olması təhlküəsi yarandı. İl-76 hərbi yük təyyarəsinin vurulması münaqişənin daha böyük qüvvətlə alovlanmasından xəbər verir, kalaşnikovlardan ağır tanklara və müasir zenit qurğularına keçən yaraqılarla Poroshenkonun necə dil tapacağı sual altındadır.

Hadislərin gedişini bizimlə izləyin
17:30 14.6.2014

KİYEV ÜÇÜN PİS XƏBƏR

Bağışlayın, hazırda bu bölmə işləmir.


İyunun 11-dən başlayaraq sosial mediada Rusiya sərhəddindən Donetsk istiqamətində 3 tankən hərəkət etdiyi haqda xəbərlər yayılırdı. Tankları Rusiya bayrağı qaldırmış hərbu yük maşınları müşayət edirdilər. Separatçılar iddia edirdilər ki, tanklar Ukrayna ordusundan qənimət götürülüb. Rəsmi Kiyev Ukrayna ordusunun cəbbəxanasında T-64 tanklarının olmadığını bəyan etdi. Ekspertlərin fikrincə tanklar Krımdakı hərbi hissələrdən götürülüb, bərə və maşınlarla Rostov vilayətinə gətirilib.

Bu fotonun Rostov vilayətində çəkildiyi bildirilir. Tank yük maşınının yedəyindədir. Tankların Donetsk viulayətinin şəhərləri ilə hərəkətini yuxarıdakı xəritədən izləmək olar. Bir müddət sonra Ukrayna rəsmiləri videoda gördüyünüz tankların məhv edildiyini xəbər versələr də, hələlik bu döyüş texnikasının Makeyevdakdan sonrakı aqibəti haqda xəbər yoxdur.
17:46 14.6.2014

İl-76-NI "İQLA" RAKETLƏRİ İLƏ VURUBLAR



Videoda İl-76 təyyarəsinin alovlanması. Xəbər verilir ki, Luqansk aeroportu yaxınlığında separatçıların təyyarə pusqusunun yerində 3 "İqla" raket qurğusunun hissələri tapılıb. Təyyarəyə 2 raketin atıldığı, 1-nin isə ilişib lülədə qaldığı iddia olunur. "İnformasiya müqaviməti" mərkəzinin rəhbəri D.Tymchuk yazır ki, terrorçuların pusqu yerindən Rusiyanın Mtsensk şəhərində istehsal olunan konserva bankaları tapılıb.

Davamı

XS
SM
MD
LG