Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Ukrayna dəniz limanlarını rəsmən bağladığını açıqlayır


Mariupoldan çıxan avtobus
Mariupoldan çıxan avtobus

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə aprelin 30-da Kiyevə öncədən elan edilməmiş səfəri zamanı Prezident Zelenski ilə görüşüb, Ukraynaya davamlı dəstək vəd edib

Ukrayna dörd dəniz limanı Rusiyanın əlinə keçəndən sonra onları müvəqqəti bağladığını elan edib.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyi mayın 2-də bildirib ki, Berdyansk, Mariupol, Skadovk və Xerson limanları “Ukrayna onlara nəzarəti bərpa edənəcən” qapalı qalacaq.

Nazirlik bu addımı gəmilərə və sərnişinlərə xidmətin, karqo, nəqliyyat və digər əlaqədar iqtisadi fəaliyyətin qeyri-mümkünlüyü ilə izah edib.

“Rusiya əsgərləri üzərində qələbədən sonra Ukrayna bu limanlarda işi mütləq bərpa edəcək”, – bəyanatda deyilir.

Bu elan əslində, formallıq sayılır, çünki Rusiya fevralın 24-də Ukraynanın işğalına başlayandan dəniz limanlarını ya qapadıb, ya da ələ keçirib.

Prezident Volodimir Zelenski mayın 2-də bildirib ki, Rusiyanı Qara dənizdəki daşıma yollarına nəzarət etməsindən dolayı Ukrayna onmilyonlarla ton buğda itirə bilər.

BMT kimi beynəlxalq təşkilatlar Rusiyanın Ukraynaya qarşı müharibəsinin böyük ərzaq böhranına səbəb olacağını, bunun isə Avropa, Asiya və Afrikaya təsir göstərəcəyilə bağlı xəbərdarlıq səsləndirib.

***

Mayın 2-də səhər Mariupoldan dinc sakinləri aparan avtobusların çıxdığı xəbər verilir. Amma şəhər merinin köməkçisi deyib ki, avtobusdakılar Azovstal polad zavoduna sığınanlar deyil.

Köməkçi Rusiyanın Azovstalı bombalamağa davam etdiyini vurğulayıb.

İsrail isə mayın 2-də Rusiyanın səfirini çağıraraq Moskvadan üzrxahlıq tələb edib. Buna Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun nasist lideri Adolf Hitlerin yəhudi kökləri olduğunu deməsi səbəb olub.

***

Ukraynanın mühasirədə olan Mariupol şəhərindən evakuasiya edilmiş 100-dək dinc sakinin mayın 2-də ölkənin cənub-şərqində yerləşən Zaporojyeyə çatacağı gözlənir. Prezident Volodimir Zelenski belə deyib.

Mühasirədə olan Azovstal dəmir-polad zavodundakı bunkerlərdə isə hələ də yüzlərlə insan qalır.

Britaniya kəşfiyyatının mayın 2-də yaydığı məlumata görə, Rusiyanın elit qüvvələri cəbhədə böyük itki veriblər və bunun yerini doldurmaq illər alacaq. Qurum bildirir ki, münaqişə başlanandan Rusiya işğalçı qüvvələrinin 25 faizindən çoxu “döyüş baxımından səmərəsiz” vəziyyətə düşüb.

80 nəfər çıxarılıb

Zelenski Twitter-də Mariupoldan evakuasiyanın uğurlu olduğunu yazır.

“Komandamıza minnətdaram! İndi onlar BMT ilə birlikdə zavoddan digər dinc sakinlərin evakuasiya üzərində işləyirlər”, – Zelenski yazıb.

BMT-nin humanitar məsələlər üzrə sözçüsü Saviano Abreu mayın 1-də eyib ki, adamların Azovstal-dan çıxarılması Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), Ukrayna və Rusiya rəsmiləri ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə 80 nəfər çıxarılıb, “Kiyev rejiminin nəzarətində olan ərazilərə getmək istəyənlər BMT və BQXK-ya təhvil verilib”.

Ukrayna Milli Qvardiyasının rəsmisi Denis Şlebanın mayın 1-də dövlət televiziyasına deyib ki, Azovstal-dakı dinc sakinlərin hamısının çıxarılmasından ötrü azı iki evakuasiya təşkil olunmalıdır.

“Zavodun altındakı bunkerlərdə hələ də onlarla kiçik uşaq var”, – Şleba söyləyib.

120-dən çox batalyon

Mariupol Rusiyanın 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krım yarımadası yaxınlığında yerləşir. Müharibədən öncə 400 minədək əhalisi olan şəhər Rusiyanın bombardmanları nəticəsində böyük dağıntılara məruz qalıb.

Şəhərdə hələ də 100 minədək sakinin qaldığı bildirilir.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan quru döyüş qüvvələrinin 65 faizini təşkil edən 120-dən çox batalyonu təcavüzə cəlb edib. Bunu Britaniyanın Müdafiə Nazirliyi gündəlik bülletenində bildirir.


“Bu qüvvələrin 25 faizindən çoxunun döyüş baxımından səmərəsiz vəziyyətə düşməsi ehtimalı var. Rusiyanın həmin qüvvələri bərpa etməsi illərlə çəkə bilər”, – hesabatda deyilir.

Səfərlər

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə aprelin 30-da Kiyevə öncədən elan edilməmiş səfəri zamanı Prezident Zelenski ilə görüşüb, Ukraynaya davamlı dəstək vəd edib.

Zelenski mayın 1-də həmin görüşdən videolar yayıb.

“Azadlıq uğrunda savaşınıza görə sizə təşəkkür etmək üçün səfər edirik. Siz azadlığın ön xəttindəsiz, hamı üçün savaşırsız. Biz savaş bitənədək sizin yanınızda olmalıyıq”, – Pelosi Zelenskiyə deyib.

Pelosi Ukrayna paytaxtına bir neçə konqresmenlə birlikdə gedib.

ABŞ Prezidenti Co Bayden ötən həftə Konqresin Ukraynaya 33 milyard dollarlıq yardım paketi ayırmasını istəyib.

Pelosi daha sonra Polşaya səfər edib. Müharibə başlayandan 3 milyondan çox ukraynalı qaçqın Polşaya sığınıb.

Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba isə Ukrayna ilə Rusiya arasında gələcək sülh sazişi çərçivəsində Çindən təhlükəsizlik qarantiyası istəmək üçün mayın 1-də Pekinə gedib.

“Ukrayna hazırda BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, o cümlədən Çin və digər böyük ölkələrdən təhlükəsizlik qarantiyaları almağın mümkünlüyünü öyrənir”, – Kuleba Çin mediasına deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG