Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 09:56

Butinanın hökmü aprelin 16-da oxunacaq


Maria Butina

ABŞ-da həbsxanada saxlanan Rusiya vətəndaşı Maria Butina barədə məhkəmə hökmü aprel ayında elan ediləcək. O bundan əvvəl etiraf edib ki, Donalıd Trump-ın hakimiyyətə yüksəldiyi 2016-cı ildə Kremlin agenti olaraq ABŞ-ın mühafizəkar siyasi dairələrinə nüfuz etməyə çalışıb.

Butina məhkəmə qarşısına martın 28-də çıxarılıb və burada sahə hakimi Tanya Chutkan Butina barədə hökmün aprelin 16-da elan olunacağını deyib.

Bu dinləmə zamanı Butina danışmayıb.

Ötən dekabrda o qeydiyyatsız xarici agent kimi fəaliyyət göstərməyə qəsd ittihamı üzrə təqsirini etiraf etmişdi.

O təqsirin etiraf edilməsinə dair saziş bağlamaqla federal prokurorlara təhqiqat işində kömək etməyə razılıq verib.

Butina etiraf edib ki, o və keçmiş Rusiya millət vəkili Aleksandr Torshin 2016-cı ilin prezident seçkisi dövründə Amerikanın mühafizəkar dairələrinə sirəyət etmək məqsədilə Milli Atıcılıq Assosiasiyasındakı əlaqələrindən istifadə ediblər.

Butinaya qarşı ittiham Vaşiqntondakı federal prokurorlar tərəfindən irəli sürülüb və bu işin Rusiyanın ABŞ seçkisinə müdaxiləsini araşdırmış xüsusi prokuror Robert Mueller-in təhqiqatı ilə bağlılığı yoxdur.

Butinanı maksimum beş il həbsxana cəzası gözləyir, lakin onun vəkilləri bundan əvvəl demişdilər ki, federal qaydalar tam sərbəst buraxılmadan 6 ayadək müddəti tövsiyə edir.

O ötən iyuldan bəri həbsxanadadır.

XS
SM
MD
LG