Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:54

Zakharova: "Bizdə nazirlərin tezliklə görüşəcəyi barədə məlumat yoxdur"


Maria Zakharova
Maria Zakharova

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşü barədə hələlik heç bir məlumat yoxdur.

Azərbaycan Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zakharova martın 30-da keçirdiyi mətbuat konfransında deyib.

“Bizdə, yaxın vaxtlarda belə bir görüşün planlaşdırılması barədə elə bir məlumat yoxdur”, deyə Zakharova amerikalı həmsədr Richard Hoglandın (Richard Hoagland) bundan əvvəl verdiyi bəyanata münasibət bildirərkən deyib.

Qeyd edək ki, amerikalı həmsədr martın 27-də Yerevanda bildirmişdi ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

Richard Hoagland
Richard Hoagland

O, qeyd edib ki, məqsəd prezidentlərin görüşünə hazırlıq görməkdir və ümid edirik ki, bu məqsədlə yaxın gələcəkdə Moskva və ya ola bilsin ki, başqa yerdə nazirlərin görüşü olacaq.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə ATƏT-in Minsk qrupu vasitəçilik edir.

Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Həmsədrlər Richard Hogland (ABŞ) , İgor Popov (Rusiya) və Stefan Viskonti martın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandian, bir gün sonra isə Xankəndidə separatçı Dağlıq Qarabağ rejiminin rəhbərliyi ilə görüşüblər.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf çoxlu itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Ara-sıra hər iki ölkədən bir-birlərinin ünvanına təhdidlər də eşidilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG