Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu günlərdə Maral göl ərazisində qanunazidd hərəkətlər törədən şəxslərin barəsində araşdırmaları başa çatdırıb.
Məlum olub ki, 7 nəfərlik qrup bu il yanvarın 3-də qanunla müəyyən edilmiş qaydaları pozaraq Maral göl ərazisinə daxil olublar və təbiətə qarşı qanunazidd davranışlara yol veriblər.
Həmin şəxslərin ən yüksək məbləğdə cərimələnməsi istiqamətində sənədləşmə işləri aparılır.
Bu günlərdə sosial şəbəkədə bir qrup şəxsin Göygöl Milli Parkının Maral göl ərazisində donmuş göl üzərində istirahət etdiyini göstərən video görüntülər yayılıb. Görüntülərdə onlar xüsusi mühafizə olunan ərazidə məclis quraraq icazə verilməyən yerdə, gölün üzərində manqal qoyub kabab çəkiblər,donmuş gölə atəş açıblar.