Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:56

Rusiyada Azərbaycan bentonitinə tələbat artıb, amma...


Daş Salahlı bentonit zavodu
Daş Salahlı bentonit zavodu

Rusiya bazarında Azərbaycan bentonitinə tələbat artıb. Yunan istehsalçılarının bazarda daha yüksək qiymət təklifi Daş Salahlı bentonitinin satışının 3 dəfə artımına səbəb olub.

Müəssisədə deyirlər ki, dəmiryolu ilə yüksək daşınma tarifləri salınarsa, valyuta gəlirləri daha da artar.

Bu ilin birinci rübündə 47,7 min ton bentonit tozu istehsalı edilib. Dövlət Statistika Komitəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehsalın 7,3 dəfə artdığını bildirir. Dövlət Gömrük Komitəsi isə bu ilin ilk iki ayı ərzində 26 min tona yaxın bentonit ixrac olunduğunu, satışdan 1,6 milyon dollar gəlir əldə edildiyini açıqlayıb. Azərbaycan bentonitini, əsasən, dəmir filizi emal edən metallurgiya müəssisələri alır.

Bentonit
Bentonit

Buna da bax: 'İri tikinti şirkətləri kiçikləri sıradan çıxarıb'

Yaşar Qurbanov: «Gələcəyə ümid yaranıb»

Ölkədə bentonitin əsas istehsalçısı «AzRosPromİnvest» Azərbaycan-Rusiya birgə müəssisəsidir. 2006-cı ildə «Daş Salahlı Bentonit» ASC-nin istifadəsində olan bentonit gili yataqlarının əsasında Rusiyanın «Bentonit» Elm-İstehsalat Birliyi ilə birlikdə qurulub. Rusiya tərəfi bentonit gilinin emalı müəssisəsinin qurulmasına 12 milyon dollar sərmayə qoyub.

«Əvvəlki illərdə satış pis getmirdi. Lakin Azərbaycan Dəmir Yolları xidmət haqlarını kəskin artırandan sonra rentabellik itdi və şirkətin zərərləri 1 milyon manatı ötdü. Rusiya bazarında qiymətlərin artımı yenidən gələcəyə ümid yaradıb». «Daş Salahlı Bentonit» ASC-nin İdarə Heyətinin sədri Yaşar Qurbanov AzadlıqRadiosu-na danışıb. Onun sözlərinə görə, hazırda məhsulun maya dəyərində logistika xərcləri 70 faizə çatır. Daşıma xərclərinin salınması haqda hökumətə müraciətlər, hələ ki, bir nəticə verməyib.

Buna da bax: ‘Təbrik edirik, sizin hava və valyuta xidmətiniz aktiv edildi’

İstehsalın artımı isə səhmdarlara dividend ödənişinin bərpasına səbəb olub. Bu ildən onlara dividend ildə bir dəfə yox, hər rüb ödəniləcək. Yaşar Qurbanov belə deyib.

Bentonit 10 dollar bahalaşıb

DGK-nın məlumatına görə, 2016-cı ildə bentonit ixracı 5 faiz azalsa da, gəlir 10 faiz artıb. Bir ton bentonit tozu 71 ABŞ dollarına, 2015-ci ildəkindən 10 dollar baha satılıb.

«AzRosPromİnvest» şirkəti tam ortaqlıqdır. Onun kapitalı 25,4 milyon dollardır. Müəssisənin illik istehsal gücü 110 min tondur. Daş Salahlının bentonit yataqlarının ehtiyatları 83 milyon ton qiymətləndirilir.

"AzRosPromInvest" - Daş Salahlı bentonit zavodu
"AzRosPromInvest" - Daş Salahlı bentonit zavodu

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG