Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:42

Yerli ekspertlər manatla bağlı 'Bank of America' kimi düşünmür


"Bank of America"
"Bank of America"

"Bank of America" korporasiyasının baş iqtisadçısı Vladimir Osakovski deyir ki, manatın möhkəmlənmə potensialı var.

“Azərbaycan manatı möhkəmlənmək üçün böyük potensiala malikdir”. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "Bank of America" korporasiyasının Rusiya və MDB üzrə baş iqtisadçısı Vladimir Osakovski-nin bankın müştərilərinə ünvanladığı qeyddə belə deyilir.

O bildirir ki, Azərbaycan hökumətinin maliyyə və pul-kredit siyasətində apardığı düzəlişlər "müəyyən formada uğurlu olub".

Buna da bax:​ S&P tarixi rekord vurur

V.Osakovski-nin sözlərinə görə, bank sektorundakı problemlər idarəolunan səviyyədədir. "Sərt pul-kredit siyasəti aparılsa da, manatın böyük möhkəmlənmə potensialı var".

"Bank of America"nın baş iqtisadçısından fərqli olaraq, Azərbaycan Mərkəzi Bankı (AMB) və yerli ekspertlər manatın möhkəmlənməsinin, əsasən, neftin qiymətindın asılı olduğunu düşünürlər. Sərt pul-kredit siyasətinin manatın məzənnəsinə təsirinə gəlincə, ekspertlər bunun qısamüddətli olacağını bildirirlər.

“Neft Fondunun aktivləri hesabına dolları 20 qəpiyə də endirmək olar”

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, Dövlət Neft Fondundakı (DNF-dəki) aktivlər hesabına dolların manat qarşılığını 20 qəpiyə də endirmək olar: “Amma qısamüddətli dövrdə, bəs sonra? Sonra manat nəinki “üzə”, hətta “uça” bilər”.

Buna da bax: Bank of America neftin qiymətinin düşəcəyini gözləyir

Qubad İbadoğlu
Qubad İbadoğlu

Ekspert əlavə edir ki, burda əsas məsələ Azərbaycanın makroiqtisadi və makromaliyyə siyasətlərinin hədəflərini müəyyənləşdirməkdir: “Bu gün aparılan siyasət göstərir ki, Azərbaycan qeyri-neft potensialını artırmaq və dünya bazarına çıxarmaq istəyir. Yəni, ölkə ixracyönlü siyasət aparmaq istəyir, o halda da məzənnə siyasəti manatın ucuzlaşmasını şərtləndirməlidir. Çox təəssüflər olsun ki, Azərbaycanda hələ də nə məzənnə, nə ixrac, nə maliyyə, nə pul, ən vacibi isə, makroiqtisadi və maliyyə siyasət arasında uzlaşma yoxdur. Krılov-un məşhur təmsilindəki kimi, “arabanı hərə bir tərəfə dartır”.

“Nazirlər Kabinetinin fəaliyyəti çoxdan iflic olub”

Onun fikrincə, bu səbəblərdən iqtisadiyyat yerində sayır və kiçilir, inkişafdan geri qalır: “Çünki makroiqtisadi siyasəti əlaqələndirən Nazirlər Kabinetinin fəaliyyəti çoxdan iflic olub”.

Buna da bax:​ Amerika bankı manatla bağlı proqnozunu açıqladı

Cəfər İbrahimli
Cəfər İbrahimli

Maliyyə bazarları eksperti Cəfər İbrahimli də deyir ki, hələlik, manatın ucuzlaşmasını qısa müddətdə və müəyyən qədər o səngidir ki, manatla olan maliyyə alətlərinin faizi yüksəldilir, sərt pul-kredit və büdcə siyasəti aparılır.

“Bu nisbi sabitliyin davamı üçün... ”

O yada salır ki, təxminən ilyarım boyunca manata bazarın psixoloji basqıları oldu: “Son yarım ildə qeyd etdiyimiz sərt siyasətlər manat üzərində kəskin basqının azaltdı. Hazırda pul bazasının Ümumi Daxili Məhsula (ÜDM-ə) nisbəti 11 faiz səviyyəsindədir. İndilik, sərt pul və büdcə siyasəti manat üzərində təzyiqi azaldır. Amma bu nisbi sabitliyin sürməsi üçün real sektor sözünü deməli və idxaldan asılılıq azalmalıdır”.

“Əvvəl-axır, AMB banklara kredit verməyə məcbur qalacaq”

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, "Bank of America" korporasiyasının baş iqtisadçısı, ola bilər, mexaniki olaraq, Rusiya təcrübəsini Azərbaycanla eyniləşdirir: “Amma Azərbaycan haqqında real təsəvvürü yoxdur. Bilmir ki, bizdə manatın son 45 gün ərzindəki möhkəmlənməsi süni xarakter daşıyır və sırf pul bazasının kəskin sıxılmasından qaynaqlanır. İşçilərinə aylarla maaş verməyən dövlət qurumlarının olduğunu da bilmir, çünki pul çatışmır. Əvvəl-axır, AMB banklara kredit verməyə məcbur qalacaq və nəticədə, pul kütləsi artacaq və devalvasiya davam edəcək”.

Buna da bax: 'Ölkədə qeyri-rəsmi milyarderə çevrilən məmurlar var'

Əkrəm Həsənov, bank məsələləri eksperti
Əkrəm Həsənov, bank məsələləri eksperti

Ekspert ritorik sual da verir: “Amerika Mərkəzi Bankının – Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmasının qaçılmaz olduğu ərəfədə manat necə real möhkəmlənə bilər, axı?”.

“Valyuta alverçiləri ölkənin pul və bank sistemini idarə edəndə…”

Onun fikrincə, manatın son günlərdə möhkəmlənməsinin bəsit səbəbi var: “Bayram günlərində ölkəyə xeyli turist axını gözlənilir. Turistlər xarici valyuta gətirəcək. Həmin xarici valyutanı onlardan ucuz almaq istəyirlər ki, dövriyyədə manat kütləsi artmadan valyuta gəlirləri çoxalsın. Valyuta alverçiləri ölkənin pul və bank sistemini idarə edəndə, nəticəsi belə olur. İqtisadiyyat pulsuzluqda boğulur, həmin alverçilərsə gəlir götürmək hərisidirlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG