Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:05

Mayın 30-da keçirilən hərracda birillik dövlət istiqrazlarını 15 faizdən aşağı gəlirliliklə yerləşdirən Maliyyə Nazirliyi durumu nəzarətdə saxladığını nümayiş etdirib. Bir həftə öncə isə Mərkəzi Bankın öz qiymətli kağızlarını (notlar) illik 12 faizlə yerləşdirməsi dolayısıyla ölkədə pul bazasının genişləndiyindən xəbər verir. Ekspert belə deyir.

Bakı Fond Birjasına 25 milyon manatlıq istiqraz çıxaran nazirlik bundan 2.5 dəfə artıq – 62.7 milyon manatlıq tələblə rastlaşıb. Mayın əvvəlində Maliyyə Nazirliyi elə bu həcmdə istiqraz üçün 18 faizə yaxın gəlirlilik boyun olmuşdu.

***Buna da bax-Elman Rüstəmov manatın məzənnəsindən danışdı

«BAZARDA MANAT BOLLUĞU VAR»

«Mayın əvvəlində AMB makroiqtisadi çərçivə ilə bağlı nikbin bəyanatla çıxış etmişdi və cəmiyyətə təlqin olunan fikirlərdən biri də uçot dərəcəsinin qaldırılmayacağı idi. Valyuta tələbinin sabitləşməsi, cari əməliyyatlar hesabında müsbət saldonun yaranması, inflyasiya səviyyəsi - bütün bunlar Mərkəzi Bankı qane edirdi. Açıqlama həm də iqtisadiyyat üzərində mənfi təsirlər yaradan faiz dərəcəsinin (illik 15 faiz) aşağı salınacağının anonsu idi». Bu, maliyyə təhlilçisi Cəfər İbrahimovun fikirləridir.

***Buna da bax-5 bank nəzarətə götürülüb

Ekspert deyir ki, maliyyə bazarındakı tələb-təklif resurs bolluğundan xəbər verir:

«Son gəlişmələr iqtisadiyyatda manat qıtlığı barədə söylənilən rəyləri alt-üst edir. Fikrimcə, indiki şəraitdə manat kütləsi bir qədər də azaldılsa, yaxşı olar. Banklarda yetərincə sərbəst vəsait var».

UÇOT DƏRƏCƏSİNƏ BAXILA BİLƏR

C.İbrahimov mövcud şərtlər daxilində bankların kredit verə bilmədiyinə diqqəti çəkir. AMB isə öz qiymətli kağızlarını onlara satmaqla və depozit qəbul etməklə manat likvidliyini təmin etdiyini bildirir. Bu isə risklərini azaldan banklara rahat sərməyə imkanı yaradır. AMB-yə gəlincə, manata etimadı qaldırmaq üçün yüksək faiz dərəcəsindən ötrü müəyyən olunan şərtlər indi nisbətən aradan qalxıb.

Bəs Mərkəzi Bankın uçot dərəcəsinin salınması nə dərəcədə gözləniləndir? Ekspertin sözlərinə görə, bazar iştirakçılarını indi bu amil deyil, ticarət faizləri düşündürür. Uçot dərəcəsinə isə ikinci rübün nəticələrinə əsasən baxıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG