Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 03:17

Elman Rüstəmov manatın məzənnəsindən danışdı


E.Rüstəmov

«Bu ilin sonunadək manatın məzənnəsində ciddi dəyişiklik gözləmirik».

AZƏRTAC-ın xəbərinə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 30-da Bakıda «İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr» mövzusunda keçirilən konfransda deyib.

E.Rüstəmov vurğulayıb ki, Mərkəzi Bank geniş iqtisadi islahatlar gündəliyi hazırlayıb və yaxın günlərdə Maliyyə Sabitliyi Şurasına təqdim edəcək.

«Bu ilin sonunadək manatın məzənnəsində ciddi dəyişiklik gözləmirik. Məzənnənin möhkəmlənməsi riski zəifləmə riskindən böyükdür və iqtisadi subyektlər arasında çaşqınlıq yaranmasına ehtiyac yoxdur», - deyə Mərkəzi Bankın sədri bildirib.

2015-ci ildə manatın iki dəfə devalvasiyası baş verib. Nəticədə manat iki dəfə dəyər itirib. 1 ABŞ dolları 78 qəpikdən 1 manat 55 qəpiyə kimi dəyər qazanmışdı.

Həmin devalvasiyalar ərəfəsində də Mərkəzi Bankın rəhbərliyi manatın ucuzlaşmayacağını bəyan etmişdi. Bu ildən isə manatın tam üzən məzənnəyə keçiriləcəyi bildirilirdi. Hətta ilin əvvəlində 1 dollar 1 manat 92 qəpiyə qədər yüksəlmişdi. Sonradan əks proses getdi. Son iki ayda 1 dollar 1 manat 70 qəpik civarında hərəkət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG