Azərbaycan Mərkəzi Bankı (AMB) manatın oktyabrın 24-ə olan rəsmi məzənnəsini açıqlayıb.
Rəsmi məzənnəyə görə, həmin gün bir dollar 1,6151 manata bərabər olacaq.
Bu gün, oktyabrın 21-də bir dollar 1,6091 manat olmuşdu.
Son 4 gündə ölkədə dollar manata nisbətən bahalaşır. Halbuki, sentyabrın əvvəlindən manat dəyər qazanmağa başlamışdı.