Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:54

Ekspert: '200-lüklər inflyasiya gözləntilərini artıracaq'


200 manat
200 manat

«200 manatlıq əskinasların emissiyası inflyasiya və deflyasiya gözləntilərinin artmasına səbəb olacaq».

İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Azərbaycan Mərkəzi Bankının yeni 200 manatlıqları tədavülə buraxmasını şərh edərkən belə deyib.

«Əhalinin 200 manatlığa ehtiyacı yoxdur»

Onun fikrincə, 200 manat bir həkimin orta əməkhaqqına və müharibə veteranının aldığı müavinətə bərabərdir, əhalinin ona ehtiyacı yoxdur.

«Bu məntiqlə, gərək ABŞ-da 5000, 10000 dollarlıq əskinaslar buraxılaydı», - deyən iqtisadçı hesab edir ki, 200 manatlıq əskinaslar daha çox rüşvət əməliyyatlarına cəlb olunacaq, oradakı hesablamaların sadələşdirilməsinə xidmət edəcək.

Maliyyə hüququ üzrə ekspert Əkrəm Həsənov isə hesab edir ki, iri nominallı əskinasların buraxılması devalvasiya və inflyasiya prosesləri ilə bağlıdır: «Onlar olub və gələcəkdə də gözləniləndir. Neftin qiymətinin yüksəlməsi baxımından hazırda milli valyutanın məzənnəsinin düşməsi üçün obyektiv səbəb yoxdur. Amma neft indekslərinə təsir edən qlobal siyasi proseslərin gözlənilməz olması və istehsalın azalması şəraitində bu perspektiv növbəti beş ildə gözləniləndir».

200 mantlıq əskinas nəyi dəyişəcək? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

«Manatın məzənnəsi artmayacaq»

Ekspertin fikrincə, bu əskinasların buraxılması onu göstərir ki, manatın məzənnəsi artmayacaq.

«Vaxt uğurlu seçilib: manatın məzənnəsində nisbi sabitlik var, bazarda həyəcan yoxdur, əhəmiyyətli tarixlər - Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi keçirilir. Yeni əskinas böyük əməliyyatlar üçündür və dollar yığılmasına təsir göstərməyəcək», - Ə.Həsənov deyib.

Xatırlatma

Azərbaycanda yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib.

Bunu mayın 23-də Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov deyib. O, mərhum prezident Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının, yeni 200 manatlıq əskinasların təqdimat mərasimində çıxış edib.

E.Rüstəmov bildirib ki, 200 manatlıq pul əskinasların tədavülə buraxılması qərarı ölkə iqtisadiyyatının dinamik inkişafı, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişikliklər nəzərə alınaraq verilib. Onun fikrincə, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədi güdülüb.

Əskinasın üzərində Heydər Əliyev Mərkəzi əks olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG