Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 18:57

Trump-ın keçmiş kampaniya rəhbərinin rusiyalı tanışına cinayət işi açılıb


Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manafort

ABŞ hakimiyyət orqanları Ukraynada prezident Donald Trump-ın keçmiş kampaniya başçısının əsas yoldaşlarından biri olmuş rusiyalıya qarşı cinayət işi qaldırıb.

Ona qarşı ədalətə mane olmaq ittihamı irəli sürülüb. Xüsusi prokuror Robert Mueller-in ABŞ sahə məhkəməsində elan edilmiş ittihamnaməsində Konstantin Kilimnikin adı çəkilir.

Trump-ın keçmiş kampaniya rəhbəri Paul Manaforta qarşı Vaşinqton və Virginiya federal məhkəmələrində ayrıca ittihamlar irəli sürülüb.

Manafortun ağır cinayət ittihamları ilə mühakiməsinin ərəfəsində ona qarşı şahidlərə təsir göstərməsi barədə yeni iddialar qaldırılıb.

Manaforta qarşı yeni iddialar ilk dəfə iyunun 4-də açıqlanıb. Həmin məhkəmə sənədlərində adları çəkilməyən Avropa siyasətçilərindən ibarət Hapsburq qrupundan söhbət gedir.

Məhkəmə sənədlərindən aydın olur ki, Manafort bir neçə il bundan əvvəl Ukraynadakı rusiyayönlü siyasi partiyanın lobbiçiliyini edib.

Yeni ittihamnamədə prokurorlar iddia edirlər ki, Manafort və Kilimnik 2018-ci ilin fevral və aprelində həmin Avropa siyasətçiləri ilə əlaqə yaradaraq onlardan Hapsburq qrupunun lobbiçilik fəaliyyətinin miqyası barədə yalan danışmağı xahiş ediblər.

Yeni ittihamlar ondan xəbər verir ki, Mueller-in müstəntiqləri Manafortun zaminliyinin ləğvini və onun həbsinə order verilməsini istəyirlər.

Özünə qarşı bütün ittihamları rədd edən Manafort Trump-ın seçki kampaniyasının rəhbərliyindən 2016-cı ilin avqustunda çıxarılıb. Buna səbəb onun rusiyayönlü Ukrayna prezidenti Viktor Yanukovich-in siyasi partiyasından qonorarlar alması ilə bağlı xəbərlərin yayılması idi.

ABŞ hakimiyyət orqanlarının Rusiya kəşfiyyatının adamı hesab etdiyi Kilimnik Manafortun Ukraynadakı əsas əlaqələndiricisi olub. Onun hazırda Rusiyada olması güman edilir. O iki müsahibədə AzadlıqRadiosuna Rusiya kəşfiyyatı ilə əlaqələrinin olmadığını deyib.

Manaforta qarşı ittihamların böyük əksəriyyəti onun Trump-la işbirliyindən əvvələ təsadüf etsə də, ittihamlardan bəziləri 2017-ci ilədək olan dövrə düşür.

Bundan əvvəl xüsusi prokuror Mueller Trump-ın ilk milli təhlükəsizlik müşaviri Michael Flynn-ə qarşı da ittihamlar irəli sürüb.

İndiyədək Flynn və Manafort-un biznes şəriki Rick Gates də daxil 5 nəfər xüsusi prokuror Mueller-in ittihamları üzrə təqsirlərini etiraf ediblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG