Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 03:01

'Malqara otararkən minaya düşüb' 


Fevralın 22-də axşam saatlarında Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində bir ölkə vətəndaşı minaya düşüb.

Rayon Prokurorluğundan “Turan” İnformasiya Agentliyinə bildirilib ki, ilkin araşdırmalara görə, həmin şəxs qeyd edilən ərazidə malqara otararkən minaya düşüb:

“Nəticədə o, çoxsaylı xəsarətlər alıb. Faktla bağlı Tərtər rayon prokurorluğu araşdırma aparır”.

Son aylar Azərbaycanın işğaldan azad edilən ərazilərində çoxlu sayda istər hərbi qulluqçunun, istərsə də mülkü şəxsin minaya düşdüyü bildirilir.

Azərbaycan Baş Prokurorluğunun açıqlamasına görə, noyabrın 10-dan bəri minaya düşdüklərindən ümumilikdə 14 insan həlak olub, 60 civarında şəxs isə xəsarət alıb.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

XS
SM
MD
LG