Keçid linkləri

2026, 03 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:18

Nobel mükafatçısı Malala Trump-ın sərəncamından üzülüb

Malala Yousafzai, Britaniya, Trafalgar meydanı, 22 iyun 2016
Malala Yousafzai, Britaniya, Trafalgar meydanı, 22 iyun 2016

Nobel mükafatçısı Malala Yousafzai ABŞ prezidenti Donald Trump-ın immiqrasiyanı məhdudlaşdıran sərəncamından üzüldüyünü bildirib.

“Mən prezindetn Trump-ın müharibə və zorakılıqdan qaçan uşaqlara, analara və atalara qapıları bağlamasına çox üzüldüm”, 2012-ci ildə qızları oxumağa həvəsləndirdiyi üçün Talibanın başından güllələdiyi pakistanlı Malala deyib.

Malala xatırladıb ki, Amerika mühacirlər ölkəsidir və başqa ölkələrdən gələn adamlar bu ölkəni inkişaf etdirməyə yardım göstəriblər.

Malala dünyanın ən gənc Nobel mükafatçısıdır.

Trump yanvarın 27-də imzaladığı sərəncamla Suiya qaçqınlarının, o cümlədən, İraq, İran və spesifik müsəlman ölkələrindən immiqrantların ABŞ-a imiqrasiyasını müvəqqəti məhdudlaşdırıb.

Malala prezident Trump-ı çağırıb ki, dünyadakı müdafiəsiz uşaqları və ailələrə dəstəyini əsirgəməsin.

O, Suriyada 6 ildir davam edən müharibədən daha çox uşaqların və qadınların əziyyət çəkdiyini, bu davanın onların günahı üzündən başlamadığını vurğulayıb.

XS
SM
MD
LG