Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:48

Makedoniyanın yeni adı ilə bağlı tarixi sənəd imzalandı


Alexis Tsipras və Zoran Zaev
Alexis Tsipras və Zoran Zaev

Makedoniya ilə Yunanıstanın xarici işlər nazirləri Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı razılaşma imzalayıblar.

Xarici işlər nazirləri Dimitry Dimitrov və Nikos Kotsias sənədi Prespa gölünün sahilindəki iqamətgahda imzalayıblar.

Bu göl Makedoniya, Yunanıstan və Albaniya sərhədində yerləşir.

İmza mərasimində Makedoniyanın baş naziri Zoran Zaev, Yunanıstanın baş naziri Alexis Tsipras , BMT-nin vasitəçisi Matthew Nimetz və digər Avropa rəsmiləri də iştirak ediblər.

Bu razılaşma, Makedoniyanın adına görə Skopye ilə Afina arasında davam edən 27 illik mübahisəyə son qoymalıdır.

Makedoniya indən belə Şimali Makedoniya Respublikası adlanacaq.

Amma bu razılaşmanı hər iki ölkənin parlamenti də təsdiqləməlidir.

Bundan başqa razılaşma Makedoniyada referenduma çıxarılmalıdır.

Buna da bax:

Afina və Skopye arasında bu mübahisə Makedoniya 1991-ci ildə dinc şəkildə Yuqoslaviyadan ayrılan vaxtdan başlanıb.

O vaxtdan bəri Afina Makedoniya adına etiraz edərək bildirir ki, bu onun vilayətlərinfən birinin adıdır və beynəlxalq birlikdə dolaşıqlıq yaradır.

Qeyd edək ki, bu razılaşma Şimali Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyü məsələsində maneəni də aradan qaldırır.

Jens Stoltenberg
Jens Stoltenberg

Buna da bax: "Ad məsələsi Makedoniyanın NATO üzvlüyünə hələ də imkan vermir".

Beləki hər iki blokun üzvü olan Yunanıstan Makedoniya adlı ölkənin bu təşkilatlara üzvlüyünü əngəlləyirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG