Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:00

Ad məsələsi Makedoniyanın NATO üzvlüyünə hələ də imkan vermir


NATO-nun baş katibi AzadlıqRadiosuna eksklüziv müsahibə verib
NATO-nun baş katibi AzadlıqRadiosuna eksklüziv müsahibə verib

NATO-nun baş katibi Jens Stoltenberg ümid etdiyini bildirib ki, Yunanıstan və Makedoniya arasında onilliklərdir davam edən ad mübahisəsi həllini tapacaq və keçmiş Yuqoslaviya respublikasının Şimal Alyansına üzvlük dəvətinə imkan yaranacaq.

Mayın 25-də AzadlıqRadiosuna eksklüziv müsahibə verən Stoltenberg deyib ki, üzvlük dəvətnaməsi göndərildikdən sonra NATO üzvünə çevrilmək prosesi “çox sa uzun müddət çəkmir”.

Avropa İttifaqı və NATO üzvü olan Yunanıstan Makedoniyanın hər iki bloka üzv olmasına razılıq vermir. Afina iddia edir ki, “Makedoniya” onun əyalətlərindən birinin adıdır.

Monteneqro 2017-ci ildən NATO-nun tamhüquqlu üzvünə çevrilib. Ona üzvlük dəvətnaməsi 2015-ci ilin dekabrında göndərilmişdi.

Lakin NATO rəhbəri deyib ki, üzv olmaq müddəti ölkədən-ölkəyə fərqlənə bilər:

"Hazırda ən mühüm məsələ ad məsələsinin çözümüdür. Bu problem biz ilk dəfə Makedoniyanı NATO üzvlüyünə dəvət etmək istəyəndən, 2008-ci ildən davam edir. Bu problem həll olunmayıb, hərçənd Skopye və Afina çox səy göstərirlər”.

Ad mübahisəsində vasitəçi olan BMT elçisi deyib ki, fikir ixtilafları aradan qalxmaqdadır və tərəflər həll nöqtəsinə yaxınlaşırlar.

BMT elçisi Matthew Nimetz mayın 25-də deyib ki, müzakirələr iki ölkənin xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov mayın 24-də görüşəndən bəri xeyli intensivləşib.

O deyib ki, nazirlər danışıqları Brüsseldə davam etdirəcəklər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG