Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Makedoniyada ölkənin adının dəyişdirilıməsi ilə bağlı referendum keçirilir


Makedoniyada referendum. 30 sentyabr,2018
Makedoniyada referendum. 30 sentyabr,2018

Makedoniyada ölkənin adının dəyişdirilıməsi ilə bağlı referendum keçirilir.

Seçicilər sentyabrın 30-da Yunanıstanla əldə edilmiş razılaşmaya münasibət bildirməlidirlər.

Həmin razılaşmaya əsasən Makedoniyanın adı indən belə “Şimali Makedoniya” olmalıdır.

Parlament Yunanıstanla əldə edilmiş razılaşmanı təsdiqləsə də müxalifət partiyalarını təmsil edən ölkə prezidenti Georgi İvanov buna qarşı çıxır.

O, ötən cümə axşamı BMT-nin Baş Assambleyasında çıxış edərkən seçiciləri müxalifət partiyaları kimi referendumu baykot etməyə çağırıb.

Referendumu baykot edən bir sıra müxalifət qüvvələri Rusiyapərəstdirlər.

Qeyd edək ki, Rusiya NATO-nun genişlənməsinə qarşıdır.

Makedoniyada referendum
Makedoniyada referendum

Buna da bax:Skopye sakinləri Makedoniyanın adının dəyişdirilməsinə etiraz edir.

Müşahidəçilər hesab edir ki,referendumda uğur məhz seçicilərin fəallığından aslı olacaq.

Referendumun baş tutması üçün onda 50 faizdən çox seçici iştirak eləməlidir.

İki ölkı arasında ad üstündə mübahisə, Makedoniya 1991-ci ildə dinc şəkildə keçmiş Yuqoslaviyadan ayrılandan sonra yaranıb.

Yunanıstan deyir ki, Makedoniya onun əyalətlərindən birinin adıdır və bu beynəlxalq birliklərdə dolaşıqlıq yaradır.

Qeyd edək ki, referendum Makedoniyanın NATO və Avropa Birliyinə qoşulmasına yol aça bilər.

Avropa Birliyi ilə NATO-nun üzvü olan Yunanıstan bu mübahisəyə görə, Makedoniyanın bu qurumlara qoşulmasını əngəlləyirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG