Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:48

Skopye sakinləri Makedoniyanın adının dəyişdirilməsinə etiraz edir


Skopye.17 iyun
Skopye.17 iyun

Makedoniyanın paytaxtı Skopyedə yüzlərlə adam ölkənin yeni adı ilə bağlı Yünanıstanla imzalanan razılaşmaya etiraz olaraq etiraz aksiyasına çıxıb.

AzadlıqRadiosunun məlumatına görə iyunun 17-i axşam saatlarında parlament binasının qarşısına toplaşan etirazçılar polisi daşa basıb, binaya butulkalar atmağa başlayıblar.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.

Aksiyaçılar “Makedoniya” adından imtina etməyəcəklərini bildirib və vətənpərvər ruhda mahnı oxuyublar.

27 illik mübahisədən sonra iki ölkənin xarici işlər nazirləri iyunun 17-də sərhəddə yerləşən Prespa gölü sahilindəki iqamətgahda tarixi razılaşma imzaladılar.

Beləliklə Makedoniya, indən belə Şimali Makedoniya Respublikası adlandırılmalıdır.

Amma razılaşmanın qüvvəyə minməsi üçün onu bu ölkələrin parlamentləri də təsdiqləməlidir.

Bundan başqa məsələ ilə bağlı Makedoniyada referendum keçirilməlidir.

Makedoniya ilə Yunanıstan tarixi sənəd imzaladılar
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Makedoniya 1991-ci ildə dinc şəkildə keçmiş Yuqoslaviyadan ayrılandan bu yana, Afina ilə Skopye arasında belə bir mübahisə yaranmışdı.

Yunanıstan deyir ki, Makedoniya onun əyalətlərindən birinin adıdır və bu beynəlxalq birliklərdə dolaşıqlıq yaradır.

Bu razılaşma həm də Makedoniyanın NATO və Avropa Birliyinə üzvlüyündəki əngəlləri aradan qaldırır.

Hər iki birliyin üzvü olan Yunanıstan Makedoniyanın bu qurumlara qoşulmasını əngəlləyirdi.

Makedoniya parlamentində müzakirələr gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG