Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 18:32

Magistraturaya qəbul imtahanı  başa çatıb


Mayın 26-da Azərbaycan ali təhsil müəssisələri və Milli Elmlər Akademiyiasının (MEA) magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçirilib.

Dövlət İmtahan Mərkəzi (DİM) bildirir ki, bu il ilk dəfə olaraq 53 №-li proqram üzrə Bakı şəhərində bakalavrlar test imtahanını kompüter vasitəsilə veriblər.

Mayın 27-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılmalıdır. İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

DİM habelə qeyd edir ki, magistraturaya qəbul imtahanının II mərhələsi ilə əlaqədar müraciətlərə baxılmasından ötrü Apelyasiya Komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya Komissiyasına mayın 27-i, 29-u və 30-da saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

--

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün, mayın 26-da 2019/2020-ci tədris ilində Azərbaycan ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyiasının (MEA) magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılacaq. Proses bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

DİM-in yaydığı məlumata görə, imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bakalavrlar ( ali təhsilin birinci pilləsini bitirənlər) imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni özləri ilə gətirməlidirlər. Bu sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

İmtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2019-cu il aprelin 26-dan mayın 7-dək aparılıb və 8758 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8012 nəfəri Azərbaycan, 746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3803-ü oğlan, 4955 nəfəri qızdır. Onların 5575 nəfər ali təhsil müəssisələrinin builki, 3183-ü isə əvvəlki illərin məzunlarıdır. 16 bakalavr xarici ölkə vətəndaşıdır.

Prosesin idarə olunmasına 27 ümumi imtahan rəhbəri, 86 imtahan rəhbəri, 818 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xatırlatma

Magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır. Qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.

2019/2020-ci tədris ilində Azərbaycan ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyiasının (MEA) magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də keçirilmişdi.

Çoxpilləli ali təhsil sistemində magistratura ali təhsilin ikinci pilləsi olub, müəyyən ixtisas üzrə sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlanması məqsədini güdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG