Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:21

Maduro Venesuela neftinə nəzarəti Rusiyaya vemək istəyir?


Nicolas Maduro (solda) və Vladimir Putin, 2018-ci il, 5 dekabr, Novo-Oqoryova
Nicolas Maduro (solda) və Vladimir Putin, 2018-ci il, 5 dekabr, Novo-Oqoryova

Legitimliyi bir çox ölkələr tərəfindən tanınmayan Venesuela prezidenti Nicolas Maduro nəhəng beynəlxalq neft şirkətlərinə ölkənin neft sahəsini özəlləşdirmək təklifi verib.

Neft sənayesini Maduronun xələfi Hugo Chavez milliləşdirmişdi. Bunun ardınca ölkədə neft hasilatı ən aşağı həddə enib.

Maduronun belə bir təkliflə çıxış etməsi barədə Bloomberg saytı xəbər yayıb.

Bloomberg-in məlumatına görə Venesuela hökuməti bu xüsusda Rusiyanın Rosneft, İtaliyanın Eni və İspaniyanın Repsol şirkətləri ilə danışıqlar aparır.

Məqalədə deyilir ki, bundan məqsəd ölkənin nefti üzərində nəzarəti xarici şirkətlərə vermək və müqabilində PDVSA dövlət neft şirkətinin borclarını təkrar strukturlaşdırmaqdır.

Amma burası da var ki, Venesuela hökuməti ilə işbirliyinə girmək istəyən şirkətlər ABŞ sanksiyaları ilə üzləşə bilər.

Venesuala dünyanın təsdiq edilmiş ən böyük neft ehtiyatlarına malikdir.

Maduronun və Rusiya oliqarxlarının şəxsi bankomatı

2007-ci ildə Chavez neft yataqlarını xarici şirkətlərdən müsadirə etmiş və neft sənayesinin milliləşdirilməsi prosesini başa çatdırmışdı.

Lakin Nicolas Maduronun birinci prezidentlik müddəti neft qiymətlərinin kəskin düşdüyü dövrə təsadüf etmişdi. Bunun nəticəsində ölkənin neft sənayesi və iqtisadiyyatı dağılıb.

Hazırda ölkədəki neft hasilatı son 70 ildə ən aşağı həddinə enib.

Ötən martda ABŞ dövlət katibi Mike Pompeo demişdi ki, Rusiyanın Rosneft şirkəti Amerika sanskiyalarına baxmayaraq PDVSA şirkətindən xam neft alır.

Pompeo bildirmişdi ki, bu şirkət Maduro rejiminin, habelə Rusiya oliqarxlarının və kleptokratlarının şəxsi bankomatına çevrilib.

Ötən oktyabrda Venesuelanın El Nacional qəzeti yazırdı ki, ölkə neft sahəsinə nəzarətin Rosneft şirkətinə verilməsinin mümkünlüyünü öyrənir.

O vaxt Rosneft bu barədə sorğulara şayiələri şərh etmədiyini deməklə cavab vermişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG