Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 16:29

ABŞ sanksiyalar qoyur, Venesuela dövlət neft şirkətini Moskvaya ‘köçürür’


Birləşmiş Ştatlar martın 1-də Venesuelanın 6 təhlükəsizlik rəsmisinə sanksiyalar elan edib. Onlar humanitar yardımın ölkəyə daxil olmasını əngəlləməkdə ittiham olunurlar.

Bu arada Karakas Venesuela dövlət neft şirkətinin qərargahını Portuqaliyadan Rusiyaya köçürüb.

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, sözü gedən rəsmilər Venesuelanın hakimiyyətini qoruyub saxlamağa çalışan prezidenti Nicolas Maduronun Milli Qvardiyasına və polisə aiddirlər.

Nazirlik bildirir ki, bu 6 təhlükəsizlik əməkdaşı ölkəyə göndərilən humanitar yardım yüklərini bloklamaqla milyonlarla venesuelalını ac qoyan böhranın yaranmasına səbəb olublar.

Nicolas Maduro martın 1-də ölkənin dövlət neft şirkəti - PDVSA-nın qərargahınn Portuqaliyanın Lissabon şəhərindən Moskvaya köçürülməsinə sərəncam verib.

Venesuelanın vise-prezidenti Delcy Rodriguez martın 1-də Moskvada Rusiya xarici işlər naziri Sergei Lavrovla görüşüb
Venesuelanın vise-prezidenti Delcy Rodriguez martın 1-də Moskvada Rusiya xarici işlər naziri Sergei Lavrovla görüşüb

Vise-prezident xanım Delcy Rodriquez hazırda Moskvada Lavrovla danışıqlar aparır. O bildirib ki, PDVSA-nın köçürülməsi qərarı Venesuela aktivlərinin Qərb sanksiyalarından mühafizə edilməsi məqsədini güdür.

ABŞ-ın yeni sanksiyaları Vaşinqtonun Maduronu istefaya məcburetmə təzyiqinin bir hissəsidir. Vaşinqton müxalifət lideri Juan Cuaido-nu keçid prezidenti kimi tanıyıb və hakimiyyətin ona verilməsini tələb edir.

Beynəlxalq təşkilatlar və Venesuela müxalifəti Maduronun ötən il keçirdiyi və qalibi olduğu prezident seçkisinin saxtalaşdırıldığını bildirirlər.

XS
SM
MD
LG