Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:05

Avropa İttifaqı Viktor Orbanın ‘demokratiyaya sadiqliyini’ araşdıracaq


Macarıstanın baş naziri Viktor Orban
Macarıstanın baş naziri Viktor Orban

Bu prosedur Macarıstan hökumətinin Avropa İttifaqının demokratik dəyərlərini sarsıtmasına dair iddiaların araşdırılmasını nəzərədə tutur

Avropa İttifaqının ən ali məhkəmə orqanı Macarıstan hökumətinin Avropa Parlamentinin qərarından apellyasiya şikayətini rədd edib.

Avropa Parlamenti Macarıstanın baş naziri Viktor Orbanın Avropanın hüquqi standartlarını və demokratik dəyərlərini pozması məsələsinin araşdırılması barədə qərar qəbul etmişdi.

Sağ təmayüllü millətçi Orban ölkənin ədliyyə sistemi, media və elm-təhsil sahəsi üzərində hökumət nəzarətini artırdığına görə dəfələrlə Avropa İttifaqı liderləri tərəfindən tənqid olunub.

Avropa Parlamenti bununla bağlı 2018-ci ildə Macarıstana qarşı 7-ci maddə adlanan prosedurun tətbiqinə səs verib.

Bu prosedur Macarıstan hökumətinin Avropa İttifaqının demokratik dəyərlərini sarsıtmasına dair iddiaların araşdırılmasını nəzərədə tutur.

Macarıstan bu qərarın əleyhinə çıxıb və məhkıəməyə müraciət edib.

Budapeşt israr edir ki, sözü gedən qərarın qəbulu zamanı səslərin sayılması proseduru pozulub və bitrəf qalanların səsləri nəzərə alınmayıb.

Bitərəf - bitərəfdir

Lakin Avropa Ədalət Məhkəməsinin iyunun 3-də qəbul etdiyi qərarda deyilir ki, Avropa Parlamenti bitərəf qalanların səslərini nəzərə almamaqla düzgün edib.

Qərara görə hansısa məsələyə bütün deputatların üçdə ikisinin səs verməsini müəyyənləşdirərkən bitərəf səslərin nəzərə alınmasına ehtiyac yoxdur.

Məhkəmənin qərarı qətidir və ondan şikayət edilə bilməz. Macarıstanın ədliyyə naziri Yudit Varqa məhkəmə qərarını “tamamilə qeyri-məqbul və dəhşətə salan” adlandırıb.

Varqa Facebook səhifəsində iddia edib ki, guya səsvermədə bitərəf qalınması hansısa qərarın əleyhinə olmaq deməkdir.

Bu ilin əvvəllərində demokratiyada gerilədiyinə görə Macarıstanın probleminə bənzər problemlə üzləşən Polşa Avropa İttifaqının yeni büdcə mexaniziminə qarşı çıxmışdı.

Bu mexanizmə görə ittifaqdan üzv ölkələrə vəsaitlər həmin ölkələrdə qanunun aliliyi prinsipinə əməl edilməsi dərəcəsinə uyğun olaraq ayrılır.

Polşa-Macarıstan tandem ittifaqa qarşı

Polşa və Macarıstan bildiriblər ki, onlar Varşava və Budapeştə qarşı 7-ci maddə proseduru üzrə hər hansı hüquqi addımlara birlikdə müqavimət göstərəcəklər.

Avropa İttifaqının qaydalarına görə hər hansı ölkənin səsvermə hüququnun əlindən alınması üçün bu qərara 27 üzvdən 26-sı səs verməlidir.

Beləliklə Polşa və Macarıstan bu səsvermədə bir-birlərini dəstəkləməyi planlaşdırırlar. Bu halda 27 səsdən 26 nəticəsi alınmayacaq.

Orban habelə Rusiya prezidenti Vladimir Putinlə şəxsi yaxınlığına görə Avropa İttifaqı sıralarında narahatlıq yaradır. O dəfələrlə Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalarının əleyhinə çıxış edib.

Macarıstan habelə koronavirusa qarşı mübarizə üçün Rusiya vaksinini rəsmən təsdiqləmiş yeganə ittifaq ölkəsidir.

Budapeşt və Varşava ötən il Avropa İttifaqının pandemiyanın nəticələrinin aradan qaldırılmasına ayırdığı büdcənin təsdiqini pozmaqla hədələmişdilər.

Polşa və Macarıstan hökumətləri pandemiya üçün ödənişlərin qanunun aliliyi prinsipinə bağlanmasını “siyasi şantaj” adlandırıblar.

XS
SM
MD
LG