Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

M.İbrahim haqqında xasiyyətnamə: 'Vəhhabiliyə meyllidir...'


Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'

AXCP sədrinin müşaviri, 3 illik həbs cəzasının başa çatmasına 2 gün qalmış haqqında yenidən cinayət işi başlanan Məmməd İbrahim haqqında mənfi xasiyyətnamə verilib. 16 Saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin müdiri Emin Şıxəliyevin imzaladığı xasiyyətnamədə M.İbrahim haqqında yazılıb ki, o, vəhhabiliyə meyllidir, müəssisədə məhkumlar arasında dövlətçilik və iqtidar əleyhinə təbliğat aparıb və s. Ona görə də M.İbrahimin vəkilləri dekabrın 25-də məhkəmədə vəsatət qaldırıb ki, E.Şıxəliyev çağrılıb dindirilsin, hansı əsasla onun haqqında belə bir xasiyyətnamə verdiyini izah etsin, sübutları varsa, ortaya qoysun.

M.İbrahimin həbsdən çıxmasına 2 gün qalmış onun yatağından bıçaq tiyəsi tapılması iddiasıyla bağlı cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə baxılır. Şahid qismində tanınan müəssisə əməkdaşları məhkəmədə dindirilsə də, məhkumlar prosesə gəlmirlər. Vəkillər də tələb edir ki, istintaqda hal şahidi kimi dindirilmiş məhkumlar mütləq məhkəməyə də gəlib ifadə versinlər. Çünki onların istintaqdakı ifadələriylə bağlı ciddi şübhələr var.

Söhbət 3 nəfər məhkumdan gedir. Onların da ikisi M.İbrahim haqqında istintaqda ifadə verəndən sonra azadlığa buraxılıb, biri də məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Hakim bildirib ki, azadlığa çıxanların yerini müəyyənləşdirmək mümkün olmayıb. Amma məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan şahid çağrılıb dindiriləcək.

AXCP funksioneri haqqında mənfi rəy vermiş E.Şıxəliyevə gəlincə, hakim onun dindirilməsi barədə vəsatəti rədd edib. Deyib ki, onun bu işə aidiyyəti yoxdur. Vəkillər bu fikirlə razılaşmayıb. Bildiriblər ki, o, belə xasiyyətnamə verməklə məhkəmədə öncədən M.İbrahim haqqında mənfi fikir formalaşdırıb: «Üstəlik, xasiyyətnamədə yazılanlar da həqiqətəuyğun deyil, böhtandır».

Hakim cavabında deyib ki, buna qiymət vermək məhkəmənin səlahiyyətindədir.

Məhkəmə yanvarın 8-də davam edəcək.

Xatırlatma

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc VəliyevMəhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra ona verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. O, 3 il azadlıqdan məhrum edilib.

Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılıb. Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

M.İbrahimin ittiham olunduğu 317-1.2 (həbsdə saxlanan şəxsin qadağan olunmuş əşyaları hazırlaması, saxlaması, gəzdirməsi, daşıması və ya istifadəsi) maddəsində 6 aya qədər həbs cəzası nəzərdə tutulub.

M.İbrahim ittihamı rədd edir və bıçaq tiyəsinin onun yatağına həbsdən çıxmasının qarşısını almaq məqsədilə müəssisənin əməkdaşları tərəfindən atıldığını bildirir.

Penitensiar Xidmət isə M.İbrahimin bu barədə söylədiklərini əsassız sayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG