Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 02:56

Əfqanıstanda məsciddə törədilmiş partlayışda azı 62 nəfər ölüb


Partlayışdan sonra
Partlayışdan sonra

Əfqanıstanın şərqində məsciddə törədilmiş partlayışda azı 62 nəfərin öldüyü və onlarca başqalarının yaralandığı xəbər verilir.

Oktyabrın 18-də Nanqərhar vilayətində törədilmiş bu partlayışa görə hələlik heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

BMT bildirir ki, ötən yay ərzində Əfqanıstanda mülkilərin ölüm halları “misilsiz” səviyyəyə yüksəlib.

Vilayət valisinin sözçüsü Ataullah Khogyani deyib ki, 62 nəfər həlak olub və 36 nəfər xəsarət alıb.

Hücum cümə namazı zamanı edilib. Partlayışın necə törədildiyi hələlik aydın deyil.

Partlayış nəticəsində məscidin günbəzi uçub.

Bəzi məlumatlara görə günbəz toplardan atəşə tutulub.

Nanqərhar vilayəti səhiyyə şöbəsinin sözçüsü Zahir Adil deyib ki, ölən və yaralananların arasında uşaqlar da var.

Bu da bildirilir ki, hazırda xarabalıqlar təmizlənir və ölü saya arta bilər.

Haska Mina rayonundakı məscid Cəlalabadın 50 kilometrliyində yerləşir.

Əfqanıstanın Tolo xəbər agentliyinin məlumatına görə məsciddə iki partlayış olub.

Əfqanıstanın bu bölgəsində Taliban və İslam Dövləti ekstremist təşkilatının döyüşçüləri fəaldırlar.

Taliban bomba partlayışını pisləyib.

Oktyabrın 18-də ölkənin qərbindəki Herat vilayətində avtomobilin minaya düşməsi nəticəsində 4 uşaq da daxil 6 mülki həlak olub.

XS
SM
MD
LG