Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 03:25

Əfqanıstanda iki polis əməkdaşı öldürülüb, 20 uşaq yaralanıb


Arxiv fotosu

Oktyabrın 16-da Əfqanıstanın şərqində polis məntəqəsi yaxınlığında maşına qoyulmuş bomba partlayıb, azı iki polis əməkdaşı öldürülüb, 20 uşaq olmaqla 26-dək adam yaralanıb.

Lağman vilayətində törədilmiş partlayış zamanı yaxınlıqdakı mədrəsənin dağıldığı xəbər verilib. Yerli valinin sözçüsü Asadullah Daulatzai jurnalistlərə deyib ki, şagirdlər ətrafa səpələnən şüşələrdən yaralanıb.

Daha 6 polis əməkdaşının da xəsarət aldığı bildirilir.

İnsidentə görə hələlik, məsuliyyəti götürən olmayıb.

Əfqanıstanın Daxili İşlər Nazirliyi hücuma görə Taliban silahlı qruplaşmasını ittiham edib.

Hazırda ölkə ötən ay keçirilmiş prezident seçkisinin birinci raundunun nəticələrini gözləyir.

Səsvermə zamanı da Taliban qruplaşması bir neçə hücum həyata keçirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG