Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Məmməd İbrahimi yenə buraxmadılar


M.İbrahim
M.İbrahim

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ev dustaqlığına buraxılması, yaxud da 5 min manat girov müqabilində azadlıqda qalmasından ötrü məhkəməyə vəsatət verilmişdi. Oktyabrın 10-da Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov vəsatətə baxıb və onu rədd edib.

Məhkəmədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi və M.İbrahimin özü də iştirak edib.

M.İbrahimin oğlu Turan İbrahim AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: «Apellyasiya Məhkəməsi də şikayətimizi təmin etməsə, həbs qərarından Avropa Məhkəməsinə şikayət edəcəyik».

Oğlu deyir ki, M.İbrahimin səhhətində problemlər var. T.İbrahimin sözlərinə görə, atası saxlandığı 1 Saylı Bakı İstintaq Təcridxanasında vəkiliylə görüşdə dayana bilməyib, söhbəti yarımçıq dayandırıb getmək məcburiyyətində qalıb: «Oktyabrın 9-da evə zəng eləmişdi. Özü də dedi ki, narahatlıqları var. Gözünün biri torlu görür».

M.İbrahim iki ay öncə həbsdə gözündən əməliyyat olunmuşdu. Oğlunun dediyinə görə, elə əməliyyat olunan gözündə yenə problem var: «Əməliyyatdan sonra demişdilər ki, beş-altı aya bərpa olunacaq. İndi daha da pisləşib».

M.İbrahim üç illik cəzasını başa vurub azadlığa çıxmasına iki gün qalmış onun haqqında yeni cinayət işi başlanıb.

Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

M.İbrahimin yatağından bıçaq tiyəsi tapıldığı iddia olunaraq, ona qarşı CM-in 317-2.1 (həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsiylə ittiham irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbiri seçib.

CM-in 317-2.1 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırlatma

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub.

M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc VəliyevMəhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Həmin cəza sentyabrın 29-da başa çatıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG