Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:42

Ər evində döyülməkdən qaçıb ata evində döyülmək (VIDEO)


Almaniyada Azərbaycana kütləvi deportasiya: Davamı olacaqmı?
Gözlə

No media source currently available

0:00 0:09:59 0:00

Almaniyada Azərbaycana kütləvi deportasiya: Davamı olacaqmı?

Ictimai təşkilat olan Təmiz Dünya sığınacağında yaşayan adının çəkilməsini istəməyən gənc qadın AzadlıqRadiosuna müsahibəsində deyir ki, ər evində daim qorxu içində yaşayıb:

“Hər gün içirdi. İçirdi, dalaşırdı. Telefona zəng gələndə qorxurdum ki, kimsə nə isə deyəcək buna. Qorxmayan mən, qorxu içində yaşayırdım. Qorxu içində yaşamışam 6-7 il. Hamının sözü ilə məni döyürdü - ananın, atanın, xalanın...”

Qadın deyir ki, ərinin yumruğundan, təpiyindən qaçıb atası evinə gələndə də, onu atası, qardaşı döyürdülər.

Yayğın statistika

Dövlət statistikasına görə, məişət zorakılığına qadınlar kişilərdən üç dəfə daha çox məruz qalırlar. Belə ki, keçən il məişət zorakılığı qurbanlarından 306-sı kişi, 915-i qadın olub. Elə həmin statistikaya görə, keçən il 14 kişi, 42 qadın məişət zorakılığı nəticəsində öldürülüb.

Qətlin kişilər, yoxsa qadınlar tərəfindən törədildiyi statistikada göstərilmir.

Əvvəlki illərin statistikası açıq olmadığına görə, bu zorakılığın artıb-azaldığını müəyyənləşdirmək olmur.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə deyir ki, onun qurumu 2012-ci ilə qədər media monitorinqini apararaq, ildə azı 100 qadının məişət zorakılığı nəticəsində öldürüldüyünü müəyyənləşdirmişdi.

Onun sözlərinə görə, bu hadisələrlə bağlı statistika hələ də əsaslı, aydın aparılmır deyə, mənzərə tam aydın deyil.

Bu ilin oktyabrında ictimai fəallar Bakıda qadınlara qarşı zorakılığa etiraz olaraq aksiya keçirməyə cəhd etdilər.

Fəallar həm də deyirlər ki, Azərbaycanın Cinayət Məcəlləsinə gender nifrəti səbəbindən qətl hadisəsi ağırlaşdırıcı hal kimi salınmalıdır.

İstanbul Konvensiyası

Hüquqşünas Səməd Rəhimli deyir ki, Məcəllədə ağırlaşdırıcı hal nəzərdə tutulsa, məişət zorakılığı zəminində qətl törədən şəxs 20 il və ya ömürlük cəzaya məhkum edilə bilər. Onun sözlərinə görə, bir çox Avropa ölkələrində bu belədir və ağır cəza çəkindirici əhəmiyyət daşıyır. Hazırda isə məişət zorakılığı adi hal kimi mühakimə olunur və 9-14 il cəza nəzərdə tutulur.

Səməd Rəhimli
Səməd Rəhimli

Onun sözlərinə görə, Azərbaycan İstanbul Konvensiyasını qəbul edərsə, gender nifrətli adamöldürmə halına görə cəza da ağırlaşar:

“İstanbul Konvensiyası ümumiyyətlə məişət zorakılığının qarşısını almaq üçün fundamental tədbirlər nəzərdə tutur. Burda preventiv tədbirlər, cəzaların sərtləşdirilməsi, qadın sığınacaqlarının təşkil edilməsi nəzərdə tutulub. Azərbaycan bu Konvensiyanı hələ ki, ratifikasiya etməyib, amma Məişət Zorakılığının Qarşısının Alınması Haqqında qanun var və o qanun nəzərdə tutub ki, sığınacaqlar olmalıdır, preventiv tədbirlər görülməlidir. Məsələn, mühafizə orderi verilməldir. Bu orderə görə kimsə kiməsə yaxınlaşmamalıdır, dövlət bunun qarşısını almalıdır”.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildiriblər ki, bu Konvensiya ilə bağlı hökumətə müraciət olunub.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Qadına qarşı zorakılığın səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə deyir ki, qadına qarşı zorakılığa heç bir səbəb olmamalıdır. Onun fikrincə, insana hörmət mədəni səviyyyə ilə bağlıdır:

“İnsanların mədəni səviyyəsi aşağı düşdükcə, zorakılıq halları daha çox olmağa başlayır. Biz bu mədəniyyətin inkişafına təsir göstərməliyik. Mədəni üsullarla, mədəni davranışla bu zorakılığın qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.

İctimai fəal Rəbiyyə Məmmədova isə AzadlıqRadiosuna bildirib ki, mətbuatın monitorinqi nəticəsində əldə etdikləri məlumata görə, bu ilin 9 ayı ərzində 118 qadın məişət zorakılığına məruz qalıb, onlardan 33-ü öldürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG