Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 20:57

Vəkillər 500 manat cərimələnə bilər


Hakim
Hakim

Tələb olunan sübut üzrsüz səbəbdən məhkəməyə təqdim olunmazsa, sübutu saxlayan şəxs 2000 manatadək cərimələnəcək.

Bu dəyişiklik Mülki Prosessual Məcəlləyə təklif olunur və iyunun 25-də Milli Məclisin iclasında müzakirəsi nəzərdə tutulur.

Bu haqda "Turan"a deputat Fazil Mustafa məlumat verib.

Qüvvədə olan qanuna əsasən, hazırda bu cərimənin məbləği 220 manatadəkdir.

F.Mustafa həmin dəyişiklikləri hakimlərin səlahiyyətlərinin artırılması, qərar vermədə sübutların əhəmiyyətinin gücləndirilməsi kimi qiymətləndirir.

Dəyişikliklər isə bununla bitmir. Məhkəmə ilə bağlı sənədlərə görə dövlət rüsumunun tutulduğu hallar və dövlət rüsumlarının dərəcələri dəyişir.

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

"Yeniliklər kimi təqdim olunan dəyişikliklər praktikada baş vermir"

"Məhkəmə prosesinin iştirakçılarından inzibati cəza olaraq daha çox vəsaitin tələb edilməsi çıxış yolu deyil. Cərimələri artırmaqdansa hakimlərin və digər kadrların məsuliyyətinin və peşəkarlığının artırılması daha məqsədəuyğun olardı. Təklif edilən dəyişikliklər hakimlərin qərar verdikdə subyektivlik amilini artırır", - F.Mustafa deyir.

Onun fikrincə, təklif olunan dəyişikliklər məhkəmə prosesində tərəflərin bərabərliyi prinsipinə ziddir, bir tərəfin hüquqlarını pozur: "Ümumiyyətlə, məhkəmə işində gedən islahatları qiymətləndirərkən deyə bilərəm ki, sözdə müsbət yeniliklər kimi təqdim olunan dəyişikliklər praktikada baş vermir. Bu, azadlıqdan mərhumetmə cəzasına alternativ, humanist, fərqli cəzaların verilməməsi, bəraət qərarlarının məhkəmələrdə çıxarılmamasına də aiddir".

Daha bir dəyişiklik təklifi isə Azərbaycanda məhkəmələrə vəkili 500 manatadək cərimələmək hüququnun verilməsi ilə bağlıdır. Məhkəmə əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.

Bu dəyişikliklər iyunun 25-də parlamentin iclasında müzakirə olunacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG