Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:26

Məhkəmə Mustafa Hacıbəylinin polisdən şikayətinə baxır


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Yanvarın 28-də Binəqədi Rayon Məhkəməsində Elçin Ağayevin sədrliyi ilə Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin həmin rayonun prokurorluğundan verdiyi şikayətə baxılıb.

Mustafa Hacıbəyli bildirir ki, məhkəmə iclasında o şahidlərin dindirilməsi ilə bağlı vəsatət qaldırıb:

"Keçən il Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirilən aksiya zamanı saxlanmışam və polis bölməsində fiziki təzyiqə məruz qalmışam. Məsələ ilə bağlı Binəqədi Rayon Prokurorluğuna şikayət etmişəm. Lakin mənin şikayətimə rədd cavabı verildi. Buna görə mən məhkəməyə müraciət etdim. Bugünkü iclasda (yanvarın 28-də) iki şahidin dindirilməsini xahiş etdim. Vəsatətim təmin edildi".

Mustafa Hacıbəyli qeyd edib ki, şahid qismində ifadə verən Mübariz Salayev hadisə olan günü polis bölməsinin qarşısına onu qarşılamağa gəlib:

"O, xəsarət aldığımı görüb. Məhkəmə iclasında da bunu təsdiq etdi. Digər şahid isə həyat yoldaşım Bacıxanım Hacılı idi. Biz həmin gün MSK-nın qarşısına onunla bir yerdə getmişdik. O görmüşdü ki, mən tutulana qədər üzərimdə hər hansı xəsarət olmayıb".

Həmməruzəçi:"İlham Əliyev qalib gəldi, indi söz azadlığı ilə nəcib davransın"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Siyasi suallar verirdilər

Mustafa Hacıbəylinin dediyinə görə, məhkəmə prosesi zamanı prokurorluğun nümayəndəsi ona əsasən siyasi suallar verib:

"Soruşurdu ki, "nə üçün iddia edirsiniz ki, seçkilər saxtalaşdırılıb?" və ya "nə üçün orada "Azadlıq" qışqırmısınız?"

Onun sözlərinə görə, prokuror məhkəmədən şikayətinin təmin edilməməsini xahiş edib.

Məhkəmə qərarını yanvarın 29-da elan etməlidir.

Mustafa Hacıbəylinin bu şikayətinə, hələlik, Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Amma nazirlikdən bundan əvvəl MSK qarşısnda həmin aksiyada və sonradan polisin fiziki təzyiqdən istifadə etməsi ilə bağlı iddiaları inkar etmişdilər. Nazirlikdən aksiyanın isə icazəsiz keçirildiyi vurğulanmışdı.

Vəkil məhkəmədə iştirakına imkan verilmədiyini deyir

Qapalı keçirilən iclasda Mustafa Hacıbəylinin vəkili Nemət Kərimlinin iştirakına icazə verilmədiyi də deyilir.

Bu barədə Nemət Kərimli özü məlumat verib.

Onun sözlərinə görə, yanvarın 28-də Müsavat Partiyasının üzvü Mustafa Hacıbəylinin vəkili kimi Binəqədi rayon Məhkəməsində gedən prosesə qatılmaq istəsə də, buna imkan verilməyib:

"Bugün, yanvarın 28-də məhkəmə iclasından əvvəl hakim Elçin Ağayevin katibi bildirdi ki, iclas qapalı olduğu üçün vəkil iclasda iştirak edə bilməz. Mən etiraz etdim və bildirdim ki, orderim var. Dedim ki, hakim özü bunu elan etsin. İkinci dəfə xəbər gəldi ki, mən zalı tərk etməsən, hakim, zala gəlməyəcək, ona görə də çıxdım".

Vəkil qeyd edib ki, orderi olan vəkili məhkəmə iclasına buraxılmaması ədalətli məhkəmə araşdırılması hüququnu pozur.

Bu deyilənlərə də, hələlik, Binəqədi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Ötən ilin fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) Bakıdakı binası qarşısında növbədənkənar parlament seçkilərində namizəd olan bəzi şəxslərin və onların müşahidəçilərinin oturaq aksiyası keçirilib.

Polis aksiyanın davam etməsinə imkan verməyib, bunu onun şəhər rəhbərliyi ilə razılaşdırılmadığı ilə izah edib.

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli aksiya zamanı saxlanmışdı. Hacıbəylidən bir neçə saat xəbər olmasa da, sonradan o, sərbəst buraxılmışdı.

Azərbaycanda ötən il fevralın 9 -da parlament seçkiləri keçirilib. Bəzi namizədlər və bir sıra müxalifət partiyaları seçkilərin total şəkildə saxtalaşdırıldığını bildirərək, onun nəticələrini tanımadıqlarını deyiblər.

Beynəlxalq müşahidə missiyasının hesabatında da həmin seçkilərlə bağlı bir çox tənqidi qeydlər yer alıb. Amma istər MSK, istərsə də hakimiyyət rəsmiləri bəyan etdilər ki, seçkilərdə əksər dairələrdə xalqın iradəsi həyata keçirilib.

MSK yalnız 4 dairədə pozuntuların olduğunu qəbul edərək, həmin dairələrdə seçkinin təticələrini ləğv etdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG