Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:18

Məhbusların ailə üzvlərini polis saxlayıb


Polis
Polis

İyunun 15-də Ramazan bayramı münasibətilə Dənizkənarı parka – bulvara gəzintiyə çıxan məhbus ailələrini polis saxlayıb. Bu barədə AzadlıqRadiosuna saxlanılan şəxslərdən AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmur məlumat verib.

«Biz siyasi məhbus ailələri olaraq, heç bir şüar səsləndirmədən, sakitcə bulvarda gəzirdik. Təxminən 9-10 nəfər idik. Aramızda «Nardaran məhbusları»nın ailə üzvləri, Qiyas İbrahimovun anası Şura xanım və başqaları var. Əynimizdə də siyasi məhbusların şəkli olan köynəklər var. Bizə polislər yaxınlaşdı və heç bir əsas göstərmədən indi Səbail rayonu 9-cu Polis bölməsinə apardılar», – Z.Yağmur bildirib.

Yazarın sözlərinə görə, polis bölməsində onların kimliyi haqda məlumatlar qeydə alınandan sonra buraxılıblar. Amma bölmədən bir qədər aralanan kimi, yenidən polislər gəlib onları saxlayıblar: «Hazırda Daxili İşlər Nazirliyinin yanında bizi saxlayıblar, buraxmırlar. Niyə saxladıqları da bəlli deyil. Heç nə demirlər...».

Səbail rayonu, 9-cu Polis bölməsinin növbətçi hissəsindən məhbusların ailə üzvlərinin saxlanması barədə heç bir məlumat verilməyib.

Ramazan bayramı ilə əlaqədar ölkədə iş günü olmadığından Daxili İşlər Nazirliyindən də məlumat almaq mümkün olmayıb.

Hazırda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarə əməkdaşları məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi məhbus olmadığını deyirlər, yerli və beynəlxalq hüquq müdafiəçiləri isə 100-dən artıq insanın siyasi motivlərlə cəza çəkdiyini bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG