Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:20

Ekspert: Məcburi əmlak sığortası da inhisarçıları varlandıracaq (VIDEO)


Azərbaycanda evlərin sığortası məcburi olur. Vətəndaş nə etməlidir?
Gözlə

No media source currently available

0:00 0:10:09 0:00

Azərbaycanda evlərin sığortası məcburi olur. Vətəndaş nə etməlidir?

Gələn ildən Azərbaycanda məcburi dövlət ödənişlərinin biri də arta bilər. Söhbət daşınmaz əmlakın icbari sığortasından gedir.

Tətbiq olunmağa başlasa, mülkiyyət qeydiyyatı - qəbaləsi (kupçası) olan evlər üçün illik sığorta rüsumu belə olacaq:

Bakıda 50 manat,

Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri 40 manat,

Digər yaşayış məntəqələri 30 manat

Sığortanın ödənməli olduğu hadisə baş verərsə, vətəndaşa ödəniləcək məbləğ Bakıda 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat, digər yaşayış məntəqələrində isə 15 min manat olacaq.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Evlərin sığortasının məcburi olmasına necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Əslində daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən var, amma sadəcə olaraq fiziki şəxslər üçün tətbiq olunmurdu.

Vergilər.az qəzeti bu layihəni həyata keçirən İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədova istinadla yazır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası ilə inteqrasiyalı sistem yaradılır və bundan sonra hansı mənzilin sığortalı, hansının isə sığortasız olduğunu elektron qaydada müəyyən etmək mümkün olacaq.

Sığortanı vaxtında ödəməyini 30 manat cərimə gözləyir.

Azərbaycan Sığortaçılar Assosiayasının sədr müavini Elsevər Tanrıverdiyev bildirir ki, vətəndaşlar cəriməni gözləməyib, elə indidən daşınmaz əmlakı sığorta etməyə başlamalıdırlar.

“Cərimə onsuz da olmalı idi. Sadəcə nəzarət mexanizmi olmadığına görə, cərimə etmək mümkün deyildi. Amma indi nəzarət mexanizmi hazırlanır və sığortası olmayan daşınmaz əmlak sahibləri cərimələnəcəklər”.

Sığortaçılar Assosiasiyası deyir ki, gələn ilin yanvarından sistemin tətbiqi başlaya bilər. Bakıda özəl sığorta şirkətlərinin birində çalışan, sığorta məsləhətçisi Xəyal Məmmədxanlı isə deyir ki, o, sığorta sisteminin gələn il də işə düşəcəyini gözləmir:

“Düşünürəm ki, bütün əmlakın online qeydiyyatı üçün 2-3 il zaman lazımdır. Çünki yalnız Bakı şəhərində və Abşeron yarımadasında azı yarım milyon sənədsiz tikili var. Təbii ki, bunların sənədi olmadığına görə, onların həm sığortalanması, həm də cərimələnməsi qeyri-mümkündür. Ona görə də ölkə başçısı bildirib ki, ən qısa müddətdə evlər sənədləşdirilməldir”.

Xəyal Məmmədxanlı deyir ki, vətəndaşlar öz əmlaklarının İcbari sığorta bürosunun üzvü olan istənilən şirkətdə sığorta etdirə bilərlər. Bu məlumatlar isə layihənin təşkilatçısı olan İcbari Sığorta bürosunun internet saytında var.

İqtisadçı alim Qubad İbadoğlu isə bildirir ki, sığorta bazarı liberallaşdırılmalıdır, bu bazara xarici şirkətlər də buraxılmalıdır:

“Çox təəssüflər olsun ki, Azərbaycanın sığorta şirkətləri bazarı da, sığorta bazarı da inhisarçılıqdan əziyyət çəkir. Bu baxımdan eyni zamanda qeyd eləmək olar ki, bu qərar həm də inhisarçıların maraqları baxımından qəbul edilmiş bir qərardır. Son nəticədə ödənilmiş vəsaitlər də ayrı-ayrı sığorta şirkətlərini və onun arxasında dayanan, onun himayəçisi olan ayrı-ayrı siyasət adamlarının, ailənin, klanın imkanlarının genişlənməsinə, kapitalının daha da artmasına gətirib çıxaracaq”.

Qubad İbadoğlu təklif edir ki, sığorta şirkətləri də həm də əhali arasında öz işlərinin keyfiyyətini yaxşılaşdırmalı, nüfuzlarını artırmalıdırlar ki, əhali də onlara inanıb, əmlakını sığorta etdirsin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG