Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:48

Milli Şura yenə mitinq qərarı verib


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Milli Şuranın aprelin 20-nə planlaşdırdığı mitinqə müsbət cavab verməməsi bu qurumda müzakirə edilib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Milli Şuranın sədri Cəmil Həsənli qeyd edib ki, kütləvi aksiyaların keçirilməsindən ötrü müraciətlərinə davam edəcəklər: «Şübhəsiz ki, müraciət prosesi davam edəcək. Biz mayın 5-i üçün müraciət edəcəyik. Xüsusilə Avropa İttifaqı ilə gözlənilən sazişin imzalanması ərəfəsində qoy beynəlxalq birlik də görsün ki, hakimiyyətin Azərbaycan vətəndaşlarının hüquqlarına və azadlıqlarına münasibəti məhz belədir».

Təşkilatçıların bildirməsinə görə, yeni qərar verilən aksiyanın şüarları də dəyişməz qalır.

Milli Şuranın müraciətindən sonra qanunvericiliyin tələbinə uyğun olaraq, qarşıdakı günlərdə BŞİH ona cavab verməlidir.

Milli Şuraya yenə 'yox' dedilər

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 20-də mitinq keçirmək istəyi ilə bağlı müraciətinə müsbət cavab verməyib.

Bu barədə AzadlıqRadiosuna quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn bildirib.

İlham Hüseyn deməsinə görə, Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə icazə verilməməsinə səbəb kimi vurğulayıb ki, Milli Şuranın bu il yanvarın 19-da baş tutmuş mitinqi ilə bağlı qanunverciliyin tələbləri pozulub.

“Bakı Şəhər İcra Hakimiyyətinin bu addımı Konstitusiyada təsbit olunan sərbəst toplşamaq hüququnu saymamaqdır. Bundan əlavə, bu addım həm də hakimiyyətin islahatlar aparması barədə dediklərinin imitasiyadan başqa bir şeyin olmamasının təsdiqidir” - deyə İlham Hüseyn vurğulayıb.

Bundan əvvəl Milli Şuradan AzadlıqRadiosuna bildirmişdilər ki, aksiyada əsasən “Siyasi məhbuslara azadlıq”, “Korrupsiya və talana yox” şüarlarını səsləndirib, uşaqlara aylıq müavinətin verilməsi məsələsini gündəmə gətirmək niyyətindədirlər.

Hakimiyyət rəsmiləri isə, ölkədə siyasi məhbusların olması fikirlərini qəbul etmirlər. Onlar deyirlər ki, siyası məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Hakimiyyət rəsmiləri üstəlik, korrupsiya ilə bağlı tənqidləri də qəbul etmirlər. Onlar deyirlər ki, ölkədə korrupsiya ilə mübarizədə hakim iradə var.

Azərbaycanda 2006-cı ildən ünvanlı sosial müavinətlərin verilməyə başlanması ilə uşaqlara aylıq müavinətlərin ödənilməsi dayandırılıb.

Xatırlatma

BŞİH bu il bundan əvvəl Milli Şuranın düz 4 dəfə aksiya istəyinə müsbət cavab verməyib.

Qurum bu cavablarını Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması və həmin aksiyanın gerçəkləşdiyi məkana yaxın ərazilərdə yaşayan vətəndaşların, orada fəaliyyət göstərən sahibkarların narazılığı ilə əsaslandırmışdı.

Milli Şura da, öz növbəsində, bunu bəhanə sayaraq mitinqə icazə verilməməsini hakimiyyətin kütləvi aksiyalardan çəkinməsi kimi izah etmişdi.

Milli Şura, Müsavat Partiyası, bir sıra başqa müxalif qüvvələr yanvarın 19-da “bloqer Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirmişdi.

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi.

O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi.

Rəsmi məlumata görə, Mehman Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı.

Bloqer ittihamı qurama sayırdı.Yanvarın 22-də Baş Prokurorluq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Mehman Hüseynov martın 2-də azadlığa çıxıb.

Multimedia

XS
SM
MD
LG