Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 01:37

Siyasi fəal saxlandıqdan bir gün sonra ölüb


Dulat Agadil
Dulat Agadil

Tanınmış qazax insan haqları fəalı Dulat Aghadil Nur-Sultan şəhərində məhkəməyə qədər saxlandığı təcridxanada dünayısını dəyişib. O, bundan bir gün əvvəl polisin əmrlərinə tabe olmadığına görə saxlanmışdı.

Lakin bir gün sonra, fevralın 25-də Nur-Sultan şəhər polis idarəsi bildirib ki, 43 yaşlı Aghadil-ə qarşı məhkəməyə hörmətsizlik ittihamı irəli sürülüb.

Polisin bəyanatında bu da iddia edilir ki, Aghadil fevralın 24-də saxlanarkən sərxoş olub və təcridxanada ürək çatışmazlığından vəfat edib.

Lakin Aghadil-in dostlarının Facebook səhifəsində yerləşdirdikləri videoda onun mülki geyimlilər tərəfindən qamarlanaraq evindən çıxarıldığı, sonra qandallanaraq maşına basıldığı görünür.

Buna görə də polisin bəyanatından dərhal sonra Aghadil-in onlarla tərəfdarı Nur-Sultanda Daxili İşlər Nazirliyinin qarşısına toplaşıb. Onlar fəalın ölümü haqqında təfərrüatlı məlumat tələb ediblər.

Polis rəsmilərindən heç bir reaksiya görməyən fəallar nazirliyin yaxınlığındakı küçəni bağlayıblar.

Bundan sonra polis bir neçə qadın və kişini zorla avtobuslara dolduraraq aparıb.

Fevralın 24-də Aghadil-in həbsi
Fevralın 24-də Aghadil-in həbsi

Almatıda yerləşən Ar.Rukh.Khaq (Vicdan.Ruh. Həqiqət) insan haqları fondunun başçısı Bakhytzhan Toreghozhina AzadlıqRadiosuna deyib ki, hazırda Aghadil-in vəkili onun ölümü haqqında ətraflı məlumat almağa çalışır:

"Mütləq müstəqil ekspertlər tərəfindən təfərrüatlı autopsiya keçirilməlidir ki, ölümün səbəbi ilə bağlı qaranlıq məqamlar qalmasın”.

O deyib ki, rəsmi bəyanatlar çox vaxt həqiqəti əks etdirmir.

Aghadil özünün geniş vətəndaş hüquqları müdafiəçiliyinə görə tanınırdı.

O icazəsiz aksiyalarda iştiraklına görə dəfələrlə bir neçə sutkalıq saxlanmış, 2019-cu ilin avqustundan 60 gün müddətində həbsdə olmuşdu.

Ötən noyabrda Aghadil azad edilməsinə bir gün qalmış həbsxanadan qaçması ilə bağlı xəbər başlıqlarına çıxmışdı.

O sonralar demişdi ki, bunu “qanunsuz həbsinə” etiraz kimi edib.

XS
SM
MD
LG