Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:00

Mühacirlər Heydər Əliyevin heykəlinin götürülməsini istəyirlər


Berlində aksiya. 10 may 2019
Berlində aksiya. 10 may 2019

Mayın 10-da Almaniyanın paytaxtı Berlində bir qrup mühacir Rumıniya səfirliyi qarşısında aksiya keçirib. Onların tələbi 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin heykəlinin Buxarest şəhərindən götürülməsi olub. Bu haqda AzadlıqRadiosuna Berlində yaşayan mühacir Pərviz Abdullayev məlumat verib.

Onlar Buxarestdə «diktatora heykəl qoyulması»nı demokratik prinsiplərə zidd saydıqlarını bildiriblər. Aksiyaçılar hesab edirlər ki, Əliyevlər hakimiyyəti dövründə ölkədə insan azadlıqları mütəmadi pozulub, Azərbaycan beynəlxalq qurumların tənqidləri ilə üzləşib. Aksiya təşkilatçıları səsləndirdiyi bəyanatda Rumıniya hakimiyyətinin iki ölkə arasında əlaqələrə yenidən baxmasını istəyiblər.

Tədbirdə azərbaycanlı və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxslərin fotoları olan plakatlar da qaldırılıb.

Aksiyaya Rumıniya səfirliyindən, Azərbaycanın Almaniyadakı səfirliyindən açıqlama almaq mümkün olmayıb.

Az əvvəl aksiyanın təşkilatçıları Azərbaycandakı yaxınlarına təzyiqlər edildiyini, onlara sosial mediada tədbirlə bağlı elanları silmək tələbi qoyulduğunu iddia edirdilər.

Daxili İşlər Nazirliyi isə əvvəllər oxşar iddiaları təkzib edib.

Heydər Əliyev müstəqil Azərbaycan Respublikasına 10 il rəhbərlik edib. Onun vəfatından sonra oğlu İlham Əliyev hakimiyyətə gəlib. Oğul Əliyevin hakimiyyəti dövründə bəzi ölkələrdə atasına heykəl qoyulub. Bir neçə il öncə Meksikada belə heykəllərdən biri narazılıqlardan sonra götürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG