Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Müdafiə Nazirliyi nazirin ön cəbhədən qaçdığına dair iddianı ‘gülünc’ adlandırıb


Müdafiə naziri Zakir Həsənov Qarabağ bölgəsində
Müdafiə naziri Zakir Həsənov Qarabağ bölgəsində

AzadlıqRadiosu Erməni xidmətinin verdiyi məlumata görə Ermənistan Təhkükəsizlik Şurasının katibi Armen Grigorian jurnalistlərə deyib ki, bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov erməni tərəfinin snayper müçahidəsinə düşdüyünə görə “ön cəbhədən qaçıb”:

“Bu yaxınlarda onların (Azərbaycanın – red) müdafiə naziri bəyanat vermişdi ki, Ermənistanın müdafiə naziri ilə Yerevanda, ya başqa hardasa görüşəcək. Amma o əslində lap bu yaxınlarda ön cəbhəyə baş çəkəndə bizim hərbçilərin hədəfinə düşəndən sonra qaçmışdı”.

Azərbaycan Müdafiə Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, “Grigorianın bu açıqlaması gülüş doğurur və onun hərbi işlərdə necə diletant olduğunu göstərir”.

Müdafiə naziri Zakir Həsənov ötən gün təlimlər çərçivəsində təmas xəttindəki mövqelərə baş çəkib. Azərbaycan ordusu bugünlərdə genişmiqyaslı hərbi təlim keçirir. Nazir özü də təlim düşərgələrinə baş çəkir.

Bu da qeyd olunmalıdır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigorian əslən qarabağlıdır, 1983-cü ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Xocavənd (Martuni) şəhərində doğulub.

Xatırlatma

Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğalına görə Azərbaycan və Ermənistan orduları illərdir qarşıdurma vəziyyətindədir.

Bu iki ölkə 1994-cü ildə atəşkəs razılaşması imzalayıb danışıqlara başlasalar da hələlik müzakirələr yekun sülh razılaşmasına gətirib çıxarmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG