Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:43

Lukaşenka Azərbaycana təşəkkür edir: ‘Əhsən sizə...’


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Aleksandr Lukaşenka Belarus və Azərbaycan arasında əlaqələri “qardaş münasibətlər” adlandırıb

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka Azərbaycan tərəfinə “Qərb dövlətlərinin təzyiqlərinə baxmayaraq” onun ölkəsinin neft təchizatına görə təşəkkürünü bildirib.

Rusiyanın rəsmi TASS xəbər agentliyi bildirir ki, Lukaşenka təşəkkürünü iyulun 26-da Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşərkən bəyan edib:

"Belarusa karbohidrogen xammalının verilməsinə görə təşəkkür edirəm. Afərin sizə, siz Qərb ölkələri tərəfindən təzyiqə boyun əymədiniz. Siz sözünüzün sahibisiniz. Necə danışmışıqsa, elə də hərəkət edirsiniz. Müasir dünyamızda bunun dəyəri çox yüksəkdir”.

Lukaşenka bildirib ki, Azərbaycan da Belarusun dəstəyinə güvənə bilər:

“Biz mənim bu yaxınlarda Azərbaycana səfərim zamanı əldə etdiyimiz razılaşmaları həyata keçirməyə hazırq”.

TASS yazır ki, Azərbaycan 2020-ci ildə, Rusiya şirkətləri yaranmış mübahisələrə görə Minskə xam neftin nəqlini dayandıranda, Belarusun əsas alternativ təchizatçılarından biri olub.

Azərbaycan həmin il Belarusa 1 milyon ton neft çatdırıb.

2021-ci ildə də Belarusun Azərbaycandan xam neft alması davam etdirilib.

Azərbaycanın xam nefti Belarusa Ukrayna ərazisindən ötürülür.

Sovet İttifaqından qalma “qardaşlıq”

Aleksandr Lukaşenka Belarus və Azərbaycan arasında əlaqələri “qardaş münasibətlər” adlandırıb və deyib ki, başqa keçmiş sovet respublikaları bundan nümunə götürməlidirlər:

“Biz bunu qardaş münasibətləri adlandırırıq. Bu Sovet İttifaqından qalmış yaxşı münasibətlər nümunəsidir. Biz o vaxtlar bir dövlətin tərkibində idik, yaxşı, əla münasibətlərimiz vardı. Biz bu münasibətləri nəinki saxlaya bilmişik, hətta gücləndirmişik”.

Belarusun Reform.by saytının yazdığına görə Lukaşenka səfirlə söhbətində Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub. Onun sözlərinə görə sülhə gedən yol indi-indi başlayır:

“Əsas etibarilə Azərbaycanın və sizin prezidentinizin mövqeyinə görə siz vəziyyəti sabitləşdirə və vaxtilə mövcud olan problemlərin dinc tənzimlənməsinə nail ola bilmisiniz. Həm Erməni, həm də Azərbaycan xalqı sakit, dinc həyata layiqdirlər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG