Almaniyanın "Lufthansa" aviaşirkəti işçilərinin davam edən tətilinə görə, nəzərdə tutulan Bakı reysləri təxirə salınıb.
Bu barədə Heydər Əliyev adına Hava Limanından məlumat veriblər.
Təxirə salınan reyslər bunlardır - Aşqabad – Bakı və Bakı-Frankfurt-na-Mayne.
«Lufthansa» aviaşirkətinin pilotları artıq bir neçə gündür ki, maaşlarının artırılması tələbilə tətil keçirirlər. Tətil nəticəsində dünyanın müxtəlif ölkələrinə yüzlərlə reys təxirə düşüb.