Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:11

'Lotu Quli'nin yeznəsinə prokuror 9 il istədi, 1 il 6 ay verildi


'Lotu Quli'
'Lotu Quli'

Kriminal aləmdə «Lotu Quli» kimi tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynovun məhkəməsi yekunlaşıb. Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə V.Hüseynova 1 il 6 ay həbs cəzası verilib.

Hərçənd, hökmdən əvvəl prokuror çıxış edərkən V.Hüseynovun 9 il azadlıqdan məhrum olunmasını təklif edib. Prokuror deyib ki, Hüseynova CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik saxlama) maddəsi ilə verilmiş ittiham məhkəmədə sübuta yetirilib.

V.Hüseynov özü isə günahsız olduğunu, həmin narkotikin cibinə polislər tərəfindən atıldığını, «Lotu Quli»nin qohumu olduğuna görə şərləndiyini bildirib.

***Buna da bax-'Məni 'Lotu Quli'nin qohumu olduğuma görə həbs ediblər'

V.Hüseynovun son sözündən sonra hakimlər müşavirəyə gedib və bir neçə dəqiqə sonra qayıdaraq hökmü elan edib. Hökmə əsasən, Hüseynova verilən ittiham dəyişdirilib və CM-nin 234.1 (şəxsi istehlak miqdarından artıq narkotik saxlama) maddəsinə tövsif olunub. Bu maddədə 3 ilə qədər həbs nəzərdə tutulub. V.Hüseynova 1 il 6 ay cəza verilib.

Vidadi Hüseynov 2016-cı il aprelin 30-da həbs olunub. İttihama görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları onun üzərindən 12.360 qram heroin tapıb.

V.Hüseynovun işi əvvəlcə CM-nin 234.1 maddəsi ilə Sabunçu rayon Məhkəməsinə göndərilib. Orada İlqar Abbasovun sədrliyi ilə işə baxılarkən dövlət ittihamçısı ittihamın ağırlaşdırılması üçün işin istintaqa qaytarılması haqda vəsatət qaldırıb. Vəsatət təmin olunub. Bundan sonra ittiham CM-nin 234.4.4 maddəsinə tövsif olunub və bu dəfə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG