Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 07:20

'Məni Lotu Qulinin qohumu olduğuma görə həbs ediblər'


Lotu Quli

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışı suçlaması ilə mühakimə olunan Vidadi Hüseynov deyir ki, onun heç bir günahı yoxdur. Özünə də deyiblər ki, kriminal aləmdə «Lotu Quli» kimi tanınan Nadir Səlifovun qohumu (bacısının həyat yoldaşı-red.) olduğuna görə həbsə göndərilməlidir. Bu barədə V.Hüseynov aprelin 10-da məhkəməsində ifadə verərkən danışıb.

O deyib ki, özünü qətiyyən təqsirli bilmir: «Mən narkotik istifadəçisi olmamışam. İttiham aktında haqqımda yazılanlar yalandır. Məni polis idarəsinə aparanda nə hal şahidi olub, nə başqa bir adam. Məni tanıyanlar bilir ki, narkotiklə işim olmaz».

«ÜSTÜNDƏN SİLAH DA ÇIXA BİLƏRDİ»

Polis idarəsində döyüldüyünü deyən V.Hüseynovun sözlərinə görə, həbsindən bir müddət əvvəl evindən oğurluq olmuşdu. Onu da polis idarəsinə bu cinayət hadisəsi ilə əlaqədar çağırıblar. Bildiriblər ki, evdən oğurlanan qızıllardan boyunbağını tapıblar.

***Buna da bax-Lotu Qulinin qohumunun həbsində nazir müavininin adı hallanır

V.Hüseynov deyir ki, idarəyə gedib, rəisin otağında qızıla baxanda onların evindən oğurlanmış boyunbağı olmadığını görüb. Bunu da polis rəisinə deyib. İdarədən çıxıb evinə qayıdanda ona mülkigeyimli şəxslər yaxınlaşıb: «Üç nəfər idilər. Onlardan birini tanıyırdım. Dedilər, axtarış aparacağıq. Üstümdə olanları götürdülər. Maşına da baxdılar. Maşından iki ədəd mobil telefonumu və başqa əşyalarımı götürdülər. Amma heç birini protokola yazmadılar. Mənə dedilər ki, guya üstümdən narkotik çıxıb. Başa düşdüm ki, boynuma qoyurlar. Açıq-aşkar dedilər ki, «Quli»nin bütün yaxınları həbs olunur, sən də yaxın qohumusan. Başa düşdüm ki, məni də göndərirlər. Hətta mənə dedilər ki, şükür elə, sənin üstündən silah da çıxa bilərdi...».

Prokurorun suallarını cavablandıran Hüseynov deyir ki, onun hüquqlarını pozublar. Ondan ifadə alınanda, əslində, yanında vəkil olmayıb, amma iş materiallarında guya orada vəkilin də iştirak etdiyi göstərilib. «Halbuki, vəkil çağırmaq imkanı yaradılsaydı, elə o zaman Kamandar Nəsibova zəng edərdim, gələrdi. Yəni, mənə təyinatla vəkil lazım deyildi», - V.Hüseynov belə deyib.

XATIRLATMA

Vidadi Hüseynova əvvəlcə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik saxlama, daşıma) maddəsilə ittiham verilib. Bu işə Sabunçu rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesinin sonlarına yaxın prokurorun vəsatətilə iş yenidən istintaqa qaytarılıb və ittiham ağırlaşdırılıb. Bu dəfə ona CM-nin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik) maddəsilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər həbs nəzərdə tutulub.

Məhkəmə aprelin 19-da davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG