Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:02

Britaniyada terror təhlükəsi ‘kritik’ həddə çatdırılıb


Britaniyada London metrosunda terror aktını törətmiş şəxsin axtarışının davam etdiyi bir vaxtda terror təhlükəsi dərəcəsi ən yüksək həddinə qaldırılıb.

İndi bütün ölkə boyunca terror təhlükəsi ilə bağlı yaranmış vəziyyət “kritik” hesab edilir.

Baş nazirin sözlərinə görə bu o deməkdir ki, hakimiyyət orqanları növbəti terror aktlarının hər an baş verə biləcəyini düşünür.

Ekspertlər deyirlər ki, bomba terrorçuların planlaşdırdığı kimi partlamayıb
Ekspertlər deyirlər ki, bomba terrorçuların planlaşdırdığı kimi partlamayıb

London bələdiyyə polisi rəisinin müavini deyib ki, o təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün min nəfərlik əlavə əsgəri qüvvə istəyib.

Bundan əvvəl sentyabrın 15-i, səhər saatlarında London metrosunun Parsons Green stansiyasında dayanmış qatarda partlayış baş verib.

Bu hadisə nəticəsində ölən olmasa da, 29 yaralı var. Özünü İslam Dövləti adlandıran təşkilat bu terror aktı üçün məsuliyyəti öz üzərinə götürüb.

Baş nazir Theresa May bəyan edib ki, ölkənin silahlı qüvvələri müəyyən ərazilərdə polisə dəstək verəcək.

Hücum nəticəsində 29 nəfər xəsarət alıb
Hücum nəticəsində 29 nəfər xəsarət alıb

Sentyabrın 15-də səhər saat 8:20-də Uimbldondan gələn metro qatarında partalyış törədilib.

Polis partlayışı törədənlərin axtarışının davam etdirildiyini bildirir.

London polis rəisinin müavini Mark Rowley deyib ki, yüzlərlə polis xəfiyyəsi təhlükəsizlik kameralarından götürülümüş çoxsaylı videogörüntüləri təhlil edir.

Eksperlər bombanın vedrədə yerləşdirildiyini və onun saat mexanizmi ilə partladıldığını deyirlər.

Lakin onların fikrincə bomba texniki nasazlığa görə planlaşdırıldığı kimi partlamayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG