Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:38

Supermodellərin iştirakı ilə hicablı moda nümayişi [Video]


Londonda müsəlman qadınlar üçün moda nümayişi [Reuters]
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Londonda müsəlman qadınlar üçün moda nümayişi [Reuters]

Oktyabrın 21-də Londonda müsəlman qadınlar üçün geyim nümayişi keçirilib.

Burada Oman, Mərakeş, Britaniya və İndoneziyadan olan 7 modelyer iştirak edib.

Moda nümayişində amerikalı supermodel Halima Aden də qatılıb. O, tarixdə ilk dəfə Nyu-York və Milan dəb həftələrində hicab taxmış model kimi tanınır.

Halima Aden düşünür ki, İslam inancını və dəbi bir-biri ilə uzlaşdırmaq mümkündür.

Britaniyalı dizayner Raishma isə hesab edir ki, hicablı moda nümayişlərinin populyarlaşması getdikcə daha çox qadının başını bağlaması ilə əlaqədardır. Onun fikrincə, hicab cins və dar paltarlarla geyinilmədiyi üçün bu yöndə ayrıca dəb formalaşdırılmalıdır.

Son iki ildə reklam şirkətləri, media nəhəngləri və moda şirkətləri başıbağlı qadınların şəkillərini daha çox istifadə etməyə başlayıblar.

Moda nümayişinin təşkilatçısı Sultana Tafadar deyir ki, indi hicablı qadınlar üçün tikilən paltarlar daha çox gündəlik geyinilən - qadının iş yerində, çöldə geyindiyi geyimlərdir. Moda nümayişinin məqsədi dizaynerləri həm müştərinin istəyilə tikilən məxsusi, həm də hazır satılan lüks geyimlərin dizaynı üzərində işləməyə həvəsləndirməkdir.

Buna da bax: Kvebekdə də niqab qadağan edildi

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG