Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:28

Kvebekdə də niqab qadağan edildi


Niqab. İllüstrasiya
Niqab. İllüstrasiya

Kanadanın Kvebek vilayətində də üz örtüyünə qadağa qoyulub.

Gələn ilin iyulundan qüvvəyə minəcək qanunda qeyd edilir ki, ictimai xidmətlərin göstərildiyi yerlərdə üzü örtmək olmaz.

Qanunda "niqab", yaxud müsəlmanlarla bağlı başqa anlayışlar olmasa da, Kvebekin müsəlman icması bunu dini zəmində ayrı-seçkilik kimi qiymətləndirib.

Beləliklə, Kanadanın fransız dilli vilayəti olan Kvebekin dövlət idarələrində, xəstəxanalarında, kitabxanalarında işləyənlər, hətta ictimai nəqliyyatdan istifadə edənlər üzünü örtə bilməyəcək.

Oxşar qanun bir neçə il qabaq Fransada da qəbul edilib. Belçika, Niderland, Almaniyanın Bavariya vilayəti də niqaba qadağalar tətbiq edib.

Kvebekdəki müsəlmanların sayı getdikcə artır. Onların çoxu Şimali Afrika əsillidir.

"Biz sadəcə, deyirik ki, yeni qaydalar ünsiyyət, kimliyin aydınlaşması və təhlükəsizliklə bağlıdır. Nə dövlət xidmətlərini təklif edənlər, nə də həmin xidmətlərdən istifadə edənlər üzünü bağlamalıdır" - deyə Kvebekin baş naziri Philippe Couillard jurnalistlərə bildirib.

Buna da bax: Vikinqlərin qəbrində 'Allah' və 'Əli' kəlmələri

"Biz azad və demokratik ölkədə yaşayırıq. Siz mənimlə danışırsınızsa, mən sizin üzünüzü , siz də mənim üzümü görə bilməlisiz. Hər şey bu qədər sadədir" - deyə o əlavə edib.

Kanada Müsəlmanlarının Milli Şurası bildirib ki, qanuna qarşı çıxmaq üçün hüquqi vasitələri nəzərdən keçirir.

Qanunda üzü örtməklə bağlı bəzi istisnalar nəzərdə tutulub, amma bunun təfərrüatı əksini tapmayıb.

Müsəlman isması son zamanlar "islamofobiyanın artması"ndan da narahatlığını bildirib.

Bu ilin yanvarında Kevebekdə məsciddə 6 nəfər öldürülüb. Buna görə Fransa-Kanada universitetinin bir tələbəsinə qarşı ittihamlar irəli sürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG