Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:30

Britaniya karantini yumşalda bilmədi


Britaniyanın baş naziri Boris Johnson ölkədəki karantinin planlaşdırılan yumşaldılması üçün tədbirləri təxirə salmalı olub.

İyulun 31-də yumşaldılma tədbirlərinə bir neçə saat qalmış hökumət məhdudlaşdırıcı rejimin qüvvədə qalacağını bildirib.

İyulun son günündə Britaniyada may ayından bəri ilk dəfə olaraq yoluxmalar artıb.

Beləliklə hökumət kazinoları, buz meydançalarını və başqa əyləncə yerlərini avqustun 3-dən etibarən açmaq planlarından geri çəkilib.

Johnson mətbuat konfransında deyib ki, hazırda günə təxminən 4900 yeni yoluxma qeydə alınır. Halbuki iyunun sonlarında bu rəqəm 2000 idi.

Baş nazir bununla bağlı deyib:

“Biz bu faktı sadəcə olaraq görməzliyə vura bilmərik. Yoluxmaların belə artması bizi virusun nəzarətdə saxlanması üçün əyləci basmağa məcbur edir”.

Johnson deyib ki, vəziyyətə iki həftədən sonra bir daha baxılacaq.

Maska taxılmasının icbari olduğu yerlər artırılır

Britaniyada mağaza və nəqliyyatda maska taxılması məcburidir. Hökumət elan edib ki, indi bu qaydamuzeylərə, qalereyalara, kinoteatrlara və ibadət yerlərinə də şamil ediləcək.

Britaniya hökuməti bundan əvvəl iyulun 30-da İngiltərənin şimalındakı bəzi ərazilərdə sərt karantin qaydalarını yenidən tətbiq edib.

Burada hətta qohumların bir-birlərinə baş çəkməsinə qadağan qoyulub.

Britaniya statistikaya görə koronavirus pandemiyasının zərbəsinə ən çox məruz qalan ölkələrdən biridir.

Burada indiyədək 304 min nəfər COVID-19-a yoluxub, vəfat edənlərin sayı 46 mini keçib.

Bu, ABŞ və Braziliyadan sonra üçüncü göstəricidir.

Bu arada İspaniyada iyulun 31-də daha 1525 nəfər koronavirusa yoluxub. Bu İspaniyada indiyədək qeydə alınmış ən böyük birgünlük artımdır.

İspaniyada artıq üçüncü gündür ki, günə 1000-dən çox yoluxma qeydə alınır.

XS
SM
MD
LG