Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:31

Deputat: Lombardların fəaliyyətində problemlər var


Lombard, Bakı, 24 oktyabr 2016

Bu günlər “Lombardlar haqqında” qanin layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib.

Bu barədə adı çəkilən komitənin üzvü, deputat Vahid Əhmədov danışıb.

V.Əhmədovun deməsinə görə, məhz lombardların fəaliyyətində olan çatışmazlıqlar qanun layihəsinin mükəmməl olması zərurətini ortaya qoyub.

“Vətəndaşların lombardlara qoyduqları əşyalara qiymət qoyulmasında, əşyanın verildiyi səviyyədə saxlanımasında problmlər var. Məsələ belədir ki, vətəndaş lombarda 10 min manat dəyərində əşya qoyur, lombardlar həmin əşyaya 2 min manat qiymət qoyur. Əgər bir əşyanın qiyməti 10 min manatdırsa, elə 10 min manata da rəsmiləşdirilməlidir. Deməli, burada hansısa maraqlar var ki, verilən əşyanı öz qiymətinə qiymtələnirmək istəmirlər. Odur ki, belə halların aradan qaldırılması lazımdır”,V.Əhmədov bildirib.

Əşyanın lombarda qoyulmasının rəsmiləşdirilməsində deputat hesab edir ki, hər iki tərəfin marağını ifadə edən vahid müqavilə formasından istifadə olunması yetərlidir:

“Amma həmin müqavilə hər iki tərəfin marağını yetərli şəkildə nəzərə almalıdır ki, belə məsələlər məhkəmə müstəvisinə çıxmasın”.

V.Əhmədov hesab edir ki, “Lombardlar haqqında” qanun-un qəbul olunması bu sahədə özbaşınalıqların qarşısını almaqdan ötrü vacibdir. Deputatın fikrincə, ona görə də mükəmməl qanun əldə olunmasından ötrü komitəyə təqdim olunan layihəyə yenidən baxılmalı və təkmilləşdirilməlidir.

V.Əhmədovun deməsinə görə, layihədə lombard, verilən əşyanı qəbul etmədikdə, ya müqviləni izmalamayanda vətəndşın məhkəməyə müraciət etməsini nəzərdə tutur:

“Komitə isə bu maddənin birmənalı olaraq lombardın verilən əşyanı qəbul etməli olması halına salınmasını bildirib”, deputat deyib.

Xatırlatma

İyunun 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda əvvəlcə “Lombardlar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Qeyd olunub ki, sənədi qanunvericilik təşəbbüsü qaydasında prezident İlham Əliyev təqdim edib.

Qanun layihəsi barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquq departamentinin rəisi Əfqan Baxışov məlumat verib. Bildirib ki, 6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlanıb. Sənəd kreditlərin verilməsi, əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardların həyata keçirtdiyi fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir.

Komitə üzvləri Vahid Əhmədov, Əli Məsimli, Rüfət Quliyev, Tahir Mirkişili, İlham Əliyev, Şəmsəddin Hacıyev, Aydın Hüseynov qanun layihəsi barədə fikirlərini, rəy və təkliflərini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG